Wn/az/Venesuela Kolumbiya ilə sərhədə qoşun yerləşdirdi
Appearance
23 fevral 2019, Şənbə
Venesuela xəbərləri
- 12 March 2019: Wn/az/ABŞ Venesueladakı diplomatik heyətini geri çəkib
- 3 March 2019: Wn/az/İlham Əliyev Venesuelanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
- 23 February 2019: Wn/az/Venesuela Kolumbiya ilə sərhədə qoşun yerləşdirdi
- 17 February 2019: Wn/az/Nikolas Maduro höküməti ABŞ-ın ərzaq yardımlarını ölkəyə buraxmır
Venesuelanın yerləşdiyi ərazi
Venesuela hərbçiləri Kolumbiya ilə sərhədə qoşun yerləşdirməklə bağlı tapşırıq alıblar. Bu barədə Kolumbiya Silahlı Qüvvələrinin komandanlığı tvitter hesabında məlumat verib: "Ali baş komandan Nikolas Maduronun təlimatını yerinə yetirərək komandirimiz Remixo Sebaos Silahlı Qüvvələrə operativ şəkildə Kolumbiya ilə sərhədə yerləşməyi və xalqın dincliyi, təhlükəsizliyini müdafiə etməyi əmr etdi. Burada heç kim təslim olmur, yorulmur. Təslim olmaq satqınlıqdır".
23 fevral Kolumbiya ilə sərhədə humanitar yardım korteji gəlməlidir. Maduro hökuməti yardımın ölkəyə daxil olmasının qarşısını almaq üçün artıq Braziliya və Karib dənizinin üç ada dövləti ilə sərhədi bağlayıb.
Mənbə
[edit | edit source]- Venesuela Kolumbiya ilə sərhədə qoşun yerləşdirdi — Bizimyol.info, 23 fevral 2019