Jump to content

Wn/az/ABŞ Venesueladakı diplomatik heyətini geri çəkib

From Wikimedia Incubator
< Wn | az
Wn > az > ABŞ Venesueladakı diplomatik heyətini geri çəkib

12 mart 2019, Çərşənbə axşamı

11 mart 2019-cu il tarixində ABŞ hökuməti Karakas şəhərində yerləşən Venesuelaya olan səfirliyinin işçilərini geri çəkmək barədə qərar qəbul edib.

ABŞ bir həftə ərzində Venesualadakı diplomatik heyətinin bütün üzvlərini geri çəkəcək. ABŞ Ştat Departamentinin verdiyi açıqlamaya görə, buna səbəb ölkədəki "fənalaşan vəziyyət" olub.

2018-ci ilin aprel ayından bəri ABŞ Dövlət Katibi olan Mayk Pompeo şəxsi "Twitter" hesabında yayımladığı paylaşıma görə, Karakas şəhərindəki heyətin saxlanılması "ABŞ siyasətində sıxıtıya çevrilib".

2019-cu ilin yanvar ayında ABŞ hökuməti bütün az əhəmiyyətli işçilərə Venesuelanı tərk etməsi əmrini vermişdi.

Geniş yayılmış elektrik kəsilmələri və humanitar böhranın ağırlaşması Venesuelada kütləvi aksiyalara səbəb olmuşdu.

Səfirliyin boşaldılması qərarı 11 mart 2019-cu il tarixində, gecə saatlarında qəbul edilmişdi. Qərarın qəbul edilməsindən sonra Mayk Pompeo jurnalistlərə Venesuela Prezidenti Nikolas Maduro ilə bağlı tənqidi şərhlər etmişdir. O, bu açıqlamada belə deyib: "Nikolas Maduro venesuelalılara sosialist bir behiştdə daha yaxşı bir həyat vəd etmişdir. O, xalqı sosializm ilə təmin edib... bəs behişt? O qədər də yox."

İki ölkə arasındakı münasibətlər yanvar ayından bəri gərginləşib. Buna səbəb ABŞ-ın Nikolas Maduronun ikinci müddətə prezident seçilməsi ilə əlaqədar həyata keçirdiyi andiçmə mərasiminin ardından baş qaldıran çox minlik mitinqlərin fonunda özünü prezident səlahiyyətlərinin icraedicisi elan edən Venesuela Milli Asambleyasının Spikeri Xuan Quaydonu dəstəkləməsidir.

Yanvar ayında Venesuela Prezidenti Nikolas Maduro ABŞ diplomatlarına ölkəni tərk etmələri üçün 72 saat vermiş, ancaq ABŞ hökuməti "keçmiş prezident"in bu əmri yerinə yetirəcək səlahiyyətinin olmadığını bildirmişdir.

Mənbə

[edit | edit source]