Jump to content

Wn/az/Nikolas Maduro höküməti ABŞ-ın ərzaq yardımlarını ölkəyə buraxmır

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Nikolas Maduro höküməti ABŞ-ın ərzaq yardımlarını ölkəyə buraxmır

17 fevral 2019, Bazar

Venesuelada humanitar vəziyyət son illər pisləşib, ölkədə ərzaq və dava-dərman qıtlığı yaranıb. ABŞ Venesuelaya yardım məqsədi ilə qonşu Kolumbiyaya daha bir təyyarə ərzaq məhsulları və dava-dərman göndərib. Hərbi-nəqliyyat təyyarəsi Venesuela sərhədi yaxınlığındakı Kukuta şəhərinə enib. Amma Venesuelada prezidentliyini qorumağa çalışan Nikolas Maduro hökuməti bu yükləri ölkəyə buraxmır.

Müxalifət lideri, parlamentin sədri Xuan Quaydo, fevralın 23-dək humanitar yardımların ölkəyə çatdırılmasına çalışır. O, paytaxt Karakasda tərəfdarları qarşısında çıxış edərkən deyib ki, öz planının detallarını fevralın 18-də açıqlayacaq.

Quaydonun hazırda Kolumbiyada olan nümayəndəsi Lester Toledo bildirib ki, müxalifət tərəfdarları hərbçilərlə söhbət etmək, onları sərhədi açmağa inandırmaq üçün sərhədə toplaşacaqlar. Quaydo bu arada bir daha hərbçiləri Maduronun əmrlərinə tabe olmamağa çağırıb.

Mənbə

[edit | edit source]