Wn/az/Məhbus iranlı hüquq müdafiəçisi mükafata layiq görülüb
14 aprel 2011, Cümə axşamı
- 17 February 2025: Wn/az/Azərbaycana kartof və soğan ixracının qadağan edilməsi bazara necə təsir edəcək?
- 17 February 2025: Wn/az/İraq və İran arasında 5 yeni müqavilə imzalanıb
- 17 February 2025: Wn/az/İranda İİKK avtobusu partladılıb
- 17 February 2025: Wn/az/Prezident İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
- 17 February 2025: Wn/az/İran Avropa Komissiyasından 18 milyon avro yardım alacaq
Həbsdə saxlanan məşhur iranlı hüquq müdafiəçisi Nəsrin Sütudə aprelin 13-də “Pen American Center” qurumunun (Pen Amerika Mərkəzi) “Yazmaq üçün azadlıq” mükafatına layiq görülüb.
2010-cu ilin sentyabr ayında zindana salınan Nəsrin Sütudə 11 il həbsə məhkum edilib. Nəsrin Sütudə ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda təqsirli bilib. Məhkəmə Nəsrin Sütudənin vəkil kimi fəaliyyət göstərməsinə və ölkədən çıxmasına 20 illik qadağa da qoyub.
Pen Amerika Mərkəzinin rəhbəri Kvame Antoni Appiah jurnalistlərlə görüşündə deyib ki, Nəsrin Sütudə azadlıq uğrunda apardığı fəaliyyətlərinə görə bu mükafata layiq görülüb: “Dünya ictimaiyyətinin azadlıq tələb etdiyi bir vaxtda xanım Sütudə bədnam və qorxunc zindanların birində saxlanır. Bu isə İran hakimiyyəti üçün utandırıcıdır. Biz bu mükafatı Nəsrin Sütudəyə verməklə ona öz ehtiramımızı bildirir, hüquqlarının bərpa olunmasını tələb edən milyonlarla iranlı ilə bərabər dünyanın bütün hökumətlərinə müraciət edərək onlardan xanım Sütudənin dərhal azadlığa buraxılması tələbi ilə bizə qoşulmasını tələb edirik”.