Jump to content

Wn/az/Mirça Luçeskunu Türkiyə milli komandasının baş məşqçisi vəzifəsindən azad edilib

From Wikimedia Incubator
< Wn | az
(Redirected from Wn/az/Luçesku istefaya göndərildi)
Wn > az > Mirça Luçeskunu Türkiyə milli komandasının baş məşqçisi vəzifəsindən azad edilib

11 fevral 2019, Bazar ertəsi

Türkiyə Futbol Federasiyası Mirça Luçeskunu milli komandanın baş məşqçisi vəzifəsindən azad edib. SportLine.az "NTV Spor"a istinadən xəbər verir ki, rumıniyalı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

Onun yerinə "Beşiktaş"ın çalışdırıcısı Şenol Günəşin gətiriləcəyi ehtimal olunur.

Qeyd edək ki, Mirça Luçesku 2017-ci ilin avqustundan bəri Türkiyə millisinə başçılıq edib. Onun rəhbərliyi altında "ay-ulduzlular" Millətlər Liqasında keçirdiyi 4 oyunun 1-də qələbə qazanıb, 3-də məğlub olub.

Mənbə

[edit | edit source]

Luçesku istefaya göndərildi