Wn/az/Kot-d’İvuarın keçmiş prezidenti Loran Qbaqbonun Abicandakı iqamətgahı ələ keçirilib
5 aprel 2011, Çərşənbə axşamı

- 10 February 2025: Wn/az/Kot-d'İvuarda prezident iqamətgahı bombalandı
- 10 February 2025: Wn/az/Kot-d’İvuarın keçmiş prezidenti Loran Qbaqbonun Abicandakı iqamətgahı ələ keçirilib
- 10 February 2025: Wn/az/Əkrəm İmamoğlu İstanbulun meri oldu
- 10 February 2025: Wn/az/Aleksandr Lukaşenko Azərbaycandakı prezident seçkilərindən danışdı
- 10 February 2025: Wn/az/Yunanıstanın paytaxtında etiraz aksiyası baş tutub
- 10 February 2025: Wn/az/Suriyada nümayişçilərə qarşı basqılar artır
- 10 February 2025: Wn/az/Yəməndə minlərlə insan nümayiş keçirib
Kot-d’İvuarın yeni prezidenti Alassan Uattaranın tərəfdarları Kot-d’İvuarın iqtisadi paytaxtı olan Abicanda keçmiş prezident Loran Qbaqbonun iqamətgahını ələ keçiriblər. Bu barədə Uattaranın rəsmi nümayəndəsi Patrik Açi məlumat verib.
Hazırda Abicanda ölkənin yeni seçilmiş prezidenti Uattara və öz postundan getmək istəməyən keçmiş prezident Qbaqbonun tərəfdarları arasında döyüşlər gedir. Bir neçə saat öncə isə Kot-d’İvuardakı BMT missiyasının helikopterləri Loran Qbaqbonun Abicandakı saray və iqamətgahına, həmçinin onun qoşunlarının Aqban və Akuedodakı bazalarına zərbələr endiriblər.
Kot-d'İvuar prezidenti Loran Qbaqbo uzun sürən silahlı qarşıdurmadan sonra məğlub olduğunu etiraf etmək qərarına gəlib.
Milli.Az xəbər portalının «France-Presse» agentliyinə istinadən verdiyi məlumata görə, Kot-d'İvuar Silahlı Qüvvələrinin komandanı müxalifət tərəfdarlarına atəşkəs elan etdiklərini açıqlayıb. «Biz mübarizəni dayandırdıq», - deyə o, bildirib.
Prezident Qbaqbo isə müxalifətçilərlə danışıqlar zamanı ölkəni tərk etməyə hazır olduğunu bildirib.
Mənbə
[edit | edit source]- Loran Qbaqbonun Abicandakı iqamətgahı ələ keçirilib. Milli.az 5 aprel 2011
- Kot-d'İvuar prezidenti müxalifətə təslim oldu. Milli.az 5 aprel 2011