Wn/az/İctimai Palata mitinq keçirməyə cəhd edib
18 aprel 2011, Bazar ertəsi
- 27 August 2023: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 27 August 2023: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
- 17 April 2019: Wn/az/Əkrəm İmamoğlu İstanbulun meri oldu
- 8 April 2018: Wn/az/Aleksandr Lukaşenko Azərbaycandakı prezident seçkilərindən danışdı
- 2 May 2016: Wn/az/İctimai Palata mitinq keçirməyə cəhd edib
- 2 May 2016: Wn/az/XVI Benedikt: "İnsanlar Allah olmaq iddiasından imtina etməlidir"
- 2 March 2016: Wn/az/Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib
İctimai Palata Bakının mərkəzi küçə və meydanlarında mitinq keçirməyə cəhd edib. Müxalifətçilər Sahil və Fəvvarələr bağı, Nizami küçəsi, Nizami kinoteatrı və Mərkəzi Bankın qarşısında kiçik qruplar şəklində şüarlar səsləndirməyə çalışıb. Polis aksiyanın qarşısını alıb. Çoxsaylı saxlanan var. Saxlananlar arasına “İstefa” şüarı səsləndirən 5 yaşlı uşaq da olub. İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov uşağın saxlanmasını müşahidə edib. “Bu hadisəni çox pis qarşılayıram”, - deyə o qeyd edib.
Bakı şəhər Baş Polis İdarəsi və Bakı Prokurorluğunun birgə məlumatına görə, özünü İctimai Palata adlandıran radikal müxalifət ümumi sayı təxminən 150 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən paytaxtın Sahil bağında toplaşmağa cəhd göstərib. “Görülmüş tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin qarşısı alınaraq qanunsuz aksiyanın 65 iştirakçısı saxlanıb. Onlardan 40 nəfərinin işi məhkəmələrə göndərilib, 25 nəfər isə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb”, - deyə məlumatda qeyd edilir.
Müsavat Partiyasının başqanı İsa Qəmbər minlərlə insanın mitinq keçirməyə cəhd etdiyini bildirib. Onun sözlərinə görə, iki yüzədək aksiya iştirakçısı saxlanıb. “Minlərlə insan dinc aksiyada iştirak etmək üçün hərəkət edib. Sahil bağı, mərkəzi küçə və meydanların mühasirəyə alınması nəticəsində mitinqçilər Sahil bağına daxil ola bilməyib. Buna baxmayaraq mitinqçilər vərəqələr paylayıb, şüarlar səsləndirib. İlkin məlumatlara görə, iki yüzədək aksiyaçı saxlanıb”, - deyə o Amerikanın Səsi radiosuna bildirib.
Cənab Qəmbər mitinqlərin davam edəcəyini deyib. “Azərbaycan xalqı dəyişikliklər uğrunda mübarizə əzmini bir daha nümayiş etdirib. Azərbaycan hökuməti isə toplaşmaq azadlığının qarşısını almaq əzmində olduğunu bir daha sübut edib. Mitinqlər davam etdiriləcək. İctimai Palatanın növbəti toplantısında məslə müzakirə ediləcək”.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı hesab edir ki, müxalifətin bu günki aksiyaya cəhdi ölkədə radikalların süqutu kimi başa düşülməlidir. “On-on beş adam ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərib və onların qarşısı alınıb. Hesab edirəm ki, bu radikalların sonuncu hərəkətidir və yəqin ki radikallar artıq öz iflaslarını etiraf edərlər”, - deyə o Amerikanın Səsi radiosuna bildirib.
Mitinqə qatılmağa cəhd edən insanlar isə əsasən işsizlik, əmək haqlarının və pensiyaların azlığından, korrupsiya, rüşvət hallarından, məmur özbaşınalığından şikayətçidir, demokratiya, azad seçki, söz və toplaşmaq azadlığı tələb edirlər.
Hüquq müdafiəçiləri hökuməti siyasi partiyalarla dialoqa dəvət edir. Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, hökumət müxalifətin təkliflərini diqqətlə öyrənməlidir. “Məmurların övladlarının toy şənliklərinə xərclədikləri milyonlarla dollar vəsaitlərin hesabatları tələb edilməlidir. Hüquq müdafiəçiləri məmurların bahalı villaları ilə bağlı siyahı hazırlayıb. Bunlara baxılmalı və onlardan vergi və gəlirləri ilə bağlı hesabat tələb edilməlidir. Əhalinin sosial vəziyyəti çox ağırdır”.
İctimai Palata 17 aprel mitinqinin qətnaməsini də yayıb. Qətnamə “Xalq köklü islahatlar tələb edir!” sözləri ilə başlayır.
Sənəddə deyilir: “Mitinq iştirakçıları İctimai palatanın 26 fevral tarixli Bəyanatı, 2 aprel mitinqinin qətnaməsi və İctimai Palatanın 4-cü (9 aprel) sessiyasının “İctimai siyasi vəziyyət və demokratik qüvvələrin vəzifələri haqqında” qətnaməsinin bütün müddəa və tələblərini müdafiə etdiklərini bildirərək, o cümlədən:
- Ölkədə real siyasi, sosial, iqtisadi islahatlar aparılması, növbədənkənar parlament seçkiləri keçirilməsi, Yeni Konstitusiya hazırlanması, proporsional seçki sisteminin bərpa olunması, əsas insan hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşma azadlığına, ifadə azadlığına, dini etiqad və vicdan azadlığına qoyulmuş hüquqi və icra xarakterli məhdudiyyətlərin ləğv edilməsini zəruri sayaraq,
- Korrupsiyaya qarşı mübarizənin təminatı olaraq nazir və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin korrupsiya fəaliyyətlərində iştirakı məsələləri şəffaf şəkildə təhqiq edilməsini, təhqiqat başa çatana qədər onların dövlət qulluğu vəzifələrində çalışmalarının qadağan edilməsini məqsədəuyğun hesab edərək,
- Neft gəlirlərinin və digər milli sərvətlərin ədalətli bölgüsü istiqamətində konkret addımlar atılmasını, bu məqsədlə əmək haqqı, pensiyalar və digər sosial ödənişlərin minimum hədlərinin iki dəfə artırılmasını, ana və uşaqların sosial imtiyazlarının bərpa edilməsinin, kredit borcları və digər borcların ödənməsi möhlətlərinin artırılmasını, SSRİ dövrü əmanətlərinin qaytarılmasını və sosial ədalətin təmin olunması naminə digər təcili tədbirlərin həyata keçirilməsini irəli sürərək tələb edirlər:
- 2 aprel aksiyası zamanı mitinq iştirakçılarının gözyaşardıcı qaz, dəyənəklərdən istifadə olunmaqla zorakılığa məruz qalmaları, xüsusi ilə saxlandıqdan sonra qandallanaraq nəqliyyat vasitələrində, polis idarələrində və təcridxanalarında döyülməsi və işgəncəyə məruz qalmaları qətiyyətlə pislənsin, bu halların təşkilatçı və icraçılarının aşkarlanması və məsuliyyətə cəlb edilmələri tələb olunsun. 2 aprel aksiyası ilə əlaqədar həbs olunmuş və artıq “Amnesty İnternational” tərəfindən vicdan məhbusu elan edilmiş Arif Hacılı, Tural Abbaslı, Məcid Məmmədli, Şahin Həsənli, Əhəd Məmmədli və digər şəxslər dərhal azad olunsunlar.
- Köklü islahatlar və demokratik dəyişikliklər şüarı ilə kütləvi dinc etiraz aksiyaları davam etdirilsin.
- Mitinq və aksiyalar zamanı hər hansı vəziyyətdən asılı olmayaraq mübarizənin dinc şəkildə aparılmasına qeydsiz-şərtsiz əməl edilsin. Rəsmi qurumlar, təhrikçilər və təxribatçılar zor işlətsə, saldırsa belə qarşılığında zora və saldırıya yol verilməsin”.
Mənbə
[edit | edit source]