Wn/az/Daha bir komandamız Avropa çempionu oldu
9 iyul 2024, Çərşənbə axşamı
- 2 September 2018: Wn/az/Olimpiya məşəlinin yandırılma tarixi açıqlanıb
- 30 August 2017: Wn/az/Qarabağ FK Kopenhagen komandasını məğlub etdi
- 24 February 2016: Wn/az/Yekaterina Qamova karyerasını Azərbaycanda davam etdirə bilər
- 23 February 2016: Wn/az/Azərbaycanın basketbol millisi Küveyt və İraqla qarşılaşacaq
- 23 February 2016: Wn/az/Azərbaycan Avrasiya Ağır Atletika Assosiasiyasına üzv seçildi
Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-20 Avropa çempionatı keçirilib.
Qol.az xəbər verir ki, baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında qitə birinciliyində ölkəmizi 6 güləşçi təmsil edib. Onların hamısı fəxri kürsüyə qalxıb.
70 və 80 kq-da iştirakçılar qrup mərhələsində mübarizəyə başlayıb. Daha sonra yarımfinal və final görüşləri keçirilib. Bu çəkilərin hər birində 2 güləşçimiz çıxış edib.
70 kq-da Rübail İbrahimli və Hüseyn Əliyev finaladək irəliləyib. Həlledici görüşdə Rübail komanda yoldaşına qalib gəlib.
80 kq-da Fərid Yusifov gümüş, Anar Cəfərli isə bürünc medal qazanıb.
Ağır çəkilərdə milli üzvləri maksimum nəticəyə imza atıb. Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) Avropa çempionu olub.
Beləliklə, millimiz U-20 Avropa çempionatında 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında 95 xalla Avropa çempionu olub. Yunanıstan (58) ikinci, Moldova (37) isə üçüncü yeri tutub.