Wn/az/Almaniyada yaşıllar hakimiyyəti Urmiyənin xilası üçün İranla əməkdaşlığa çağırıb
22 sentyabr 2011, Cümə axşamı
- 10 February 2025: Wn/az/Traktor klubunun 28 azarkeşi həbs edildi
- 10 February 2025: Wn/az/Dünya Azərbaycanlıları Konqresi Urmiyə gölü və İrandakı son durumu müzakirə edib
- 10 February 2025: Wn/az/Almaniyada yaşıllar hakimiyyəti Urmiyənin xilası üçün İranla əməkdaşlığa çağırıb
- 10 February 2025: Wn/az/Təbriz və Urmiyada etiraz aksiyaları keçirilib
- 10 February 2025: Wn/az/İranda üç nəfər siyasi məhbus Ettellata göndərilib
- 10 February 2025: Wn/az/Adolf Hitlerin evinin sahibəsinə 810 min avro kompensasiya ödəniləcək
- 10 February 2025: Wn/az/Futbol üzrə Almaniya kubokunun dörddə bir final mərhələsinin püşkü atılıb (2018–2019)
- 10 February 2025: Wn/az/Angela Merkeldən Azərbaycan qazı haqqında açıqlama
- 10 February 2025: Wn/az/Angela Merkel Cənubi Qafqaza gəlir
- 10 February 2025: Wn/az/Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
İranın daxili və xaricindəki mənbələrin bildirdiklərinə görə Urmiyə gölünün qurumasına etiraz olaraq Təbriz və Urmiyə şəhərlərində nümayişlərin qarşısını almaq üçün bu şəhərlərə Tehran və İranın başqa yerlərindən minlərlə rəsmi və mülki paltarda polisin gətirilməsi, çoxsaylı insanın saxlanması, yüzlərlə nümayişçinin təhlükəsizlik qüvvələri tərəfindən döyülməsi, problemə dünyanın diqqət yetirməsinin qarşısını ala bilməyib. Təbriz və Urmiyə şəhərlərində, o cümlədən Şərqi və Qərbi Azərbaycan vilayətlərinin başqa şəhərlərində Urmiyə gölünün xilası məqsədilə təşkil olunan etiraz nümayişləri "ətraf mühiti qoruyaq" devizi altında keçirilir. İran azərbaycanlıları "Duz sunamisi" adlandırdıqları fəlakətin qarşısının alınmamasının milyonlarla insanın ata-baba yurdunu tərk etməsi ilə nəticələnə biləcəyini deyirlər.
Yaşıllar Partiyasının Almaniya parlamentindəki məsul nümayəndəsi, əslən İran Azərbaycanından olan Əli Məhcubi Amerikaın Səsi radiosuna müsahibəsində Yaşıllar Partiyasının Urmiyə gölünün xilası ilə bağlı bəyanatı, Almaniya hökuməti və Avropadakı digər yaşıllar partiyaları ilə apardığı işlər barədə məlumat verib.
Almaniyanın Yaşıllar Partiyası məsələ ilə əlaqədar bəyanatla çıxış edib. Partiya bəyanatla kifayətlənməyərək son günlər Almaniya hökumətini Urmiyə gölünün xilas edilməsi üçün İranla konkret əməkdaşlıq aparmağa çağırıb və Avropadakı başqa yaşıllar partiyalarını da Urmiyə hövzəsinin xilası üçün əməkdaşlığa çağırıb.
Əlaqəli xəbər
[edit | edit source]- Təbriz və Urmiyada etiraz aksiyaları keçirilib
- Dünya Azərbaycanlıları Konqresi Urmiyə gölü və İrandakı son durumu müzakirə edib