Wn/az/Angela Merkel Cənubi Qafqaza gəlir
Appearance

Almaniya xəbərləri
- 10 February 2025: Wn/az/Adolf Hitlerin evinin sahibəsinə 810 min avro kompensasiya ödəniləcək
- 10 February 2025: Wn/az/Futbol üzrə Almaniya kubokunun dörddə bir final mərhələsinin püşkü atılıb (2018–2019)
- 10 February 2025: Wn/az/Angela Merkeldən Azərbaycan qazı haqqında açıqlama
- 10 February 2025: Wn/az/Angela Merkel Cənubi Qafqaza gəlir
- 10 February 2025: Wn/az/Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
Almaniyanın yerləşdiyi ərazi
Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz regionuna üç günlük səfəri başlayır. O, Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək və bu ölkələrin rəhbərlikləri ilə danışıqlar aparacaq.
Almaniya hökumətindəki mənbələrin məlumatına görə, rəsmi Berlin regionun siyasi və iqtisadi inkişafında maraqlıdır. Yayılan məlumatlara görə, Angela Merkelin avqustun 25-nə Bakıya nəzərdə tutulan səfəri zamanı Xəzər dənizindən hasil olunan təbii qazın Avropa İttifaqına nəqlinin artırılması imkanları əsas müzakirə mövzularından biri olacaq. Məsələ ondadır ki, Cənub Qaz Dəhlizi layihəsinə ciddi maraq göstəriən Almaniya istəyir ki, Avropa bu boru xətti ilə həmçinin Türkmənistan və İran qazını ala bilsin.