Wn/az/İri Qazaxıstan bankının Azərbaycan bazarına çıxmaq planı var
- 17 February 2025: Wn/az/Qazaxıstanın paytaxtının adı dəyişdirildi
- 17 February 2025: Wn/az/İri Qazaxıstan bankının Azərbaycan bazarına çıxmaq planı var
- 17 February 2025: Wn/az/Xəzərin statusu haqqında
- 17 February 2025: Wn/az/Qazaxıstanın paytaxtı Astanada prezident Nursultan Nazarbayevin andiçmə mərasimi olacaq
- 17 February 2025: Wn/az/Nursultan Nazarbayev yenidən Qazaxıstan prezidenti seçildi
- 17 February 2025: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 17 February 2025: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 17 February 2025: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
22 avqust 2018, Çərşənbə Qazaxıstanın "Avrasiya" Bankı Azərbaycan bazarına çıxmağa maraq göstərir.
Bunu Trend-ə müsahibəsində bankın İdarə heyətinin sədri Pavel Loginov deyib.
P.Loginovun sözlərinə görə, eyni zamanda, bank üçün hazırda prioritet Qazaxıstan bazarında inkişaf və sağlamlaşdırma proqramı çərçivəsində şərtlərin tezliklə icra olunmasıdır:
"Ötən il biz yeni inkişaf strategiyası qəbul etdik və əsas diqqəti pərakəndə biznesə yönəltdik. Biz bu istiqamətin inkişafında böyük potensial görürük, ona görə də ölkə daxilində yeni modeli işə salmaq istəyirik. Bundan sonra yeni bazarları fəth etməyə yönələ bilərik".
O qeyd edib ki, xarici ölkələr arasında bank ciddi şəkildə Özbəkistan bazarını və bu bazara daxil olmaq üçün biznes modelini öyrənir:
"Daha sonra biz Qırğızıstan və Azərbaycan bazarlarına çıxış imkanlarını öyrənəcəyik. Biz bu bazarlara çıxış planlarından imtina etməmişik. Böyük diqqətlə bu bazarları izləyirik və bu regionlarda inkişaf imkanlarını öyrəndikdən sonra həmin bazarlara çıxmağı planlaşdırırıq".
Mənbə
[edit | edit source]İri Qazaxıstan bankının Azərbaycan bazarına çıxmaq planı var (ÖZƏL) - Trend.az