Wn/az/Qazaxıstanın paytaxtının adı dəyişdirildi
23 mart 2019, Şənbə
- 23 March 2019: Wn/az/Qazaxıstanın paytaxtının adı dəyişdirildi
- 22 August 2018: Wn/az/İri Qazaxıstan bankının Azərbaycan bazarına çıxmaq planı var
- 12 August 2018: Wn/az/Xəzərin statusu haqqında
- 24 February 2016: Wn/az/Qazaxıstanın paytaxtı Astanada prezident Nursultan Nazarbayevin andiçmə mərasimi olacaq
- 23 February 2016: Wn/az/Nursultan Nazarbayev yenidən Qazaxıstan prezidenti seçildi
Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev ölkə paytaxtının adının dəyişdirilməsi barədə konstitusiyaya dəyişikliyini imzalayıb. Dövlət başçısının imzaladığı qanunda deyilir: "Qazaxıstan Respublikasının paytaxtı Astana şəhəri Nur-Sultan şəhəri adlandırılsın".
Bundan əvvəl K.Tokayev paytaxtın adının martın 19-da istefa verən ölkənin ilk Prezidenti Nursultan Nazarbayevin şərəfinə adlandırılmasını təklif etmişdi. Martın 20-də parlametin deputatları konstitusiyaya müvafiq dəyişikliyi qəbul ediblər. Dəyişikliyin qüvvəyə minməsi üçün dövlət başçısının qanunu imzalaması lazım idi.
Astana şəhərinin adı 1961-ci ilədək Akmolinsk, 1961-1992-ci illərdə Tselinoqrad, 1992-1997-ci illərdə isə Akmola olub. Şəhərə Astana adı (mənası "paytaxt") 1998-ci ildə Qazaxıstan paytaxtı statusu alanda verilib.
Mənbə
[edit | edit source]- Qazaxıstan paytaxtının adı dəyişdirildi — Bizimyol.info, 23 mart 2019