Wn/az/İranda evlilik yaşı dəyişdirilir

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > İranda evlilik yaşı dəyişdirilir
Jump to navigation Jump to search
İran xəbərləri
İranın yerləşdiyi ərazi

İranın yerini göstərən xəritə

İrandakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, İran Portalına baxın.
Flag of Iran.svg

İran parlamentinin qadın qrupu uşaq evliliklərinin qarşısını almaq məqsədi ilə 16 yaşdan aşağı qızların evlənməsini qadağan edən qanun layihəsi hazırlayıb.

Bizimyol.info Virtualaz.org-a istinadən bildirir ki, bu barədə İran parlamentinin qadın qrupunun üzvü Tayyibə Siyavuşi danışıb.

Məsələni dini qurumlarla da müzakirə etdiklərini bildirən Siyavuşi, Ayətullah Məkarim Şirazinin də qanun layihəsini dəstəkləyən fətva verdiyini və layihənin Qumdakı İslami Təhqiqat Qurumunun yardımı ilə hazırlandığını vurğulayıb.

Qeyd edək ki, hazırda İranda qadınlar üçün evlilik yaşı 13, kişilər üçün isə 15-dir.

Mənbə[edit]


Bookmark-new.svg