Wn/az/"Qarşımıza məqsəd qoymuşuq" - Regekampf

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > "Qarşımıza məqsəd qoymuşuq" - Regekampf

9 avqust 2022, Çərşənbə axşamı

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Rapid"lə (Avstriya) sabah Bakıda keçirəcəkləri ilk oyun öncəsi mətbuat konfransı təşkil edib.

- Sabah bizim üçün çətin oyun olacaq. Çalışacağıq ki, yaxşı oyun göstərək və növbəti mərhələyə adlamaq üçün bir addım ataq. Sabah qalib gəlməyə çalışacağıq. Çətin olacağını bilirik. Çünki "Rapid" çox güclüdür. Amma öz oyunçularıma və azarkeşlərimizə inanıram.

- "Rapid"lə oyundan gözləntiniz nədir?

- Çox çətin rəqibdir. "Rapid" yaxşı çempionatda mübarizə aparır. Bizim üçün asan oyun olmayacaq. Amma biz bu oyuna yaxşı hazırlaşmışıq. Ümidvaram ki, sabah futbolçularım "Aris"lə matçdakı inamı və mübarizəni bu oyunda da göstərə biləcəklər.

- "Aris"ə səfərdə uduzsanız da, evdə qalib gəldiniz. Sabahkı oyunda da "Neftçi"də inamı, qığılcımı görə biləcəyik?

- Bəli, mən buna ümid edirəm. Hamımız çox motivasiyalıyıq. Qarşımıza məqsəd qoymuşuq. Bu səviyyəni qoruyub-saxlamalıyıq. Eyni cür döyüşməliyik. Ümid edək ki, 90 dəqiqədən sonra qalib gələcəyik.

- Mert Çelik haqda məlumatınız var? Samir Abasovun dövründə oynayırdı. Sabah da oynaması mümkündür?

- Onun çox oyununu görməmişəm. Dünən bizə qatılıb. Bilirik ki, onun yaxşı səviyyəsi var. Eyni mövqedə oynayan futbolçularla rəqabətdən qalib ayrılmalıdır. Ona bir az da vaxt lazım olacaq. Çox sevinirəm ki, bizə qoşulub. Çünki həmin mövqedə ehtiyat oyunçuya ehtiyacımız var idi. Onu mərkəz, cinah müdafiəçisi, mərkəz yarımmüdafiəçisi kimi görürəm. Əgər ehtiyacımız olarsa, yeni futbolçu transfer edə bilərik.

- "Aris"lə matçla müqayisədə əsas heyətdə dəyişiklik olacaq?

- Bu barədə heç nə deyə bilmərəm.

- Mert Çelik ötən mövsüm həm sağ cinah müdafiəçisi kimi, həm də mərkəz müdafiəçisi kimi oynayırdı. Siz ona necə güvənəcəksiniz?

- Onu mərkəz və sağ cinah müdafiəçisi, yarımmüdafiəçi kimi görürəm. Cavandır və komandamızda daha çox inkişaf edəcək.

- Niyə indiyə qədər rumıniyalı futbolçu gətirməmisiniz? İstədikləri pulu verə bilmirsiniz, yoxsa güvəndiyiniz rumıniyalı yoxdur?

- Söhbət bundan getmir. Büdcəyə uyğun gətirmək istəsək, gətirərik. Biz oyunçuları milliyətinə görə analiz etmirik. Oyunçunu analiz edirik, ehtiyacımız olan mövqeyə görə gətirik. Həm də büdcəmizə uyğun olmalıdır. Yəni, hansısa futbolçu hərtərəfli bizə uyğun olsa, milliyətindən asılı olmayaraq onu komandaya gətirərik.

Mənbə[edit | edit source]

1."Qarşımıza məqsəd qoymuşuq" - Regekampf