Wy/az/Münhen

From Wikimedia Incubator
< Wy‎ | azWy > az > Münhen
Jump to navigation Jump to search

MünhenBavariya Federal Torpağının paytaxtıdır. Almaniyanın BerlinHamburqdan sonra üçüncü ən böyük şəhəridir. İzar çayı sahillərində, Alp dağlarının şimal yamaclarında yerləşir. Münhendə 1972-ci il Olimpiya Oyunları keçirilib. Münhen sözü qədim alman dilindəki Münichen sözündən yaranıb, mənası "rahiblərin yaşadığı yer" deməkdir. Belə ki, Münhen şəhərinin əsası Benedikt Orderinə aid olan rahiblər tərəfindən qoyulub, bu səbəbdən şəhərin gerbində rahib şəkli təsvir olunub. 2010-cu ildə Monokl dərgisi tərəfindən dərc olunmuş siyahıya əsasən Münhen dünyada yaşayış üçün ən münasib şəhər seçilib.

Şəhərdəki muzeylər[edit | edit source]

Bədii muzeylər[edit | edit source]

  • Antik toplusu — Staatliche Antikensammlungen
  • Arxeoloji toplu — Archäologische Staatssammlung
  • Texniki universitetin arxitektura muzeyi — Architekurmuseum der Technischen Universität München
  • Bavariya milli muzeyi — Bayerisches Nationalmuseum
  • Brandxorsta muzeyi — Museum Brandhorst
  • Qliptoteka — Glyptothek
  • Şəhər muzeyi — Münchner Stadtmuseum (muzeydə kino, şəkillər, dəblər, musiqi alətləri, kuklalar var)
  • Qrafik toplusu — Staatliche Graphische Sammlung
  • Misir incəsənətinin muzeyi — Staatliches Museum Ägyptischer Kunst
  • İncəsənət evi — Haus der Kunst
  • Lenbaxın evi — Lenbachhaus
  • Sikkələr toplusu — Staatliche Münzsammlung
  • Xalqşünaslıq muzeyi — Staatliches Museum für Völkerkunde
  • Yeni toplular — Die Neue Sammlung
  • Klassik heykəl surətləri muzeyi — Museum für Abgüsse Klassischer Bildwerke
  • Yeni şəkil qalereyası — Neue Pinakothek
  • Müasir Pinakotek — Pinakothek der Moderne
  • Köhnə Pinakotek — Alte Pinakothek
  • İqamətgah — Münchner Residenz
  • Çini qablar muzeyi — Porzellanmuseum
  • Şak qalereyası — Schackgalerie
  • Ştuk villası — Villa Stuck
  • Hypo-Kulturstiftung nümayiş zalı — Kunsthalle der Hypo-Kulturstiftung

Texniki muzeylər[edit | edit source]

  • BMW qalereyası — BMW-Galerie
  • BMW muzeyi — BMW-Museum
  • MVG muzeyi — MVG Museum
  • Alman muzeyi — Deutsches Museum
  • Simens-forum — SiemensForum München (2012-ci ildən muzey kimi fəaliyyət göstərmir)
  • Sayğac muzeyi — Zählermuseum

Təbiətşünaslıq muzeyləri[edit | edit source]

  • Alp muzeyi — Alpines Museum in München
  • Antropolojı kolleksiya — Anthropologische Staatssammlung
  • Botanika toplusu — Botanische Staatssammlung
  • Geoloji muzey — Geologisches Museum München
  • Zooloji kolleksiya — Zoologische Staatssamlung
  • Kristalların imperiyası — Museum Reich der Kristalle
  • Paleontologiya muzeyi — Paläontologisches Museum
  • «İnsan və təbiət» muzeyi — Museum Mensch und Natur

Tarix və mədəniyyət muzeyləri[edit | edit source]

  • Yəhudi muzeyi — Jüdisches Museum München
  • Oyuncaq muzeyi — Spielzeugmuseum
  • Karl Valentin muzeyi — Valentin-Musäum
  • Kartof muzeyi — Kartoffelmuseum
  • Ovçuluq və balıqçılıq muzeyi — Deutsches Jagd- und Fischereimuseum
  • Pivə və Oktoberfest muzeyi — Bier- und Oktoberfestmuseum
  • Teatr muzeyi — Deutsches Theatermuseum

Şəkillər[edit | edit source]

İstinadlar[edit | edit source]