Jump to content

Wy/az/Almaniya

From Wikimedia Incubator
< Wy | az
Wy > az > Almaniya
Almaniya

Almaniya (alm. Deutschland‎) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland‎) — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikasıdır.[1] Şimaldan Baltik və Şimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə Danimarka, Polşa və Çexiya, Avstriya və İsveçrə,Fransa, Lüksemburq, Belçika və Niderland ilə həmsərhəddir.Nüfüzu təxminən 83 milyondur ki,bu da avropanın ən böyük (Rusiyadan sonra) nüfuzudur.Almaniya həm də ABŞ dan sonra dünyada ən çox köç edilən ölkədir.

Qədim tikililər, intibah dövrü mədəniyyəti, məşhur saraylar, muzeylər, qalereyalar, Berlin divarının qalıqları, Reyxstaq və başqa məkanlar bu ölkənin zəngin tarixini əks etdirir. Hələ XVIII əsrdən başlayaraq Drezden, Münhen, Veymar və Berlin kimi şəhərlər avropalıların əsas turizm mərkəzlərinə çevrilmişdi.[2] Şimalda və Baltik dənizi sahilində kurort və spa mərkəzləri isə XIX əsrin sonu - XX əsrin əvvəlində inkişaf etməyə başlamışdı. İki dünya müharibəsinin əsas səbəbkarlarından olmuş Almaniyada 50-ci illərdən etibarən turizm daha da genişləndi. Əcnəbiləri bu ölkəyə cəlb edən çoxsaylı tarixi-mədəni yerlərlə yanaşı, həm də gözəl təbiət məkanlarıdır. Ölkədə 14 milli parkı, 14 qoruq və 98 təbiət parkı mövcuddur.[2]

Əyalətlər və paytaxtları

[edit | edit source]
Frankfurt şəhəri Almaniyanın iqtisadi mərkəzi hesab olunur.
Yer Paytaxt Ərazi (km²) Əhali
Baden-Vürtemberq Ştutqart 35.752 10.717.000
Bavariya Münhen 70.549 12.444.000
Berlin Berlin 892 3.400.000
Brandenburq Potsdam 29.477 2.568.000
Bremen Bremen 404 663.000
Hamburq Hamburq 755 1.735.000
Hessen Visbaden 21.115 6.098.000
Meklenburq-Ön Pomeraniya Şverin 23.174 1.720.000
Aşağı Saksoniya Hannover 47.618 8.001.000
Şimali Reyn-Vestfaliya Düsseldorf 34.043 18.075.000
Reynland-Pfalts Mayns 19.847 4.061.000
Saarland Saarbrükken 2.569 1.056.000
Saksoniya Drezden 18.416 4.296.000
Saksoniya-Anhalt Maqdeburq 20.445 2.494.000
Şlezviq-Holşteyn Kil 15.763 2.829.000
Türingiya Erfurt 16.172 2.355.000

İstinadlar

[edit | edit source]
  1. Mangold, Max, ed. (2005). Duden, Aussprachewörterbuch (German) (6th). Dudenverlag. 271, 53f. ISBN 978-3-411-04066-7.
  2. 2.0 2.1 http://www.anl.az/down/meqale/medeniyyet/2014/may/372203.htm