Wn/az/Zimbabve prezidentinin Azərbaycana tarixi səfəri

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Zimbabve prezidentinin Azərbaycana tarixi səfəri

Zimbabve prezidentinin Azərbaycana tarixi səfəri — Zimbabve Prezidenti Emmerson Mnanqaqva 19 yanvar 2019-cu il tarixində Azərbaycana səfər edib.

Səfərin ilk günü[edit | edit source]

2019-cu ilin yanvar ayının 18-də Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva Azərbaycana səfərə gəlib[1]. Bu həmin ölkə başçısının Azərbaycana ilk səfəridir. Ali qonağın gəlişi şərəfinə hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülmüşdür[1]. Hava limanında Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqvanı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar[1].

Azərbaycan Prezidenti ilə görüş[edit | edit source]

Növbəti gün - 19 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycana işgüzar səfərə gələn Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva ilə görüşü olub[2].

Rəsmi qonağın qarşılanması

Prezidenti İlham Əliyev Prezidenti Emmerson Mnanqaqvanı qarşıladıqdan sonra birgə foto çəkdirilmiş, daha sonra dövlət başçılarının görüşü olmuşdur[2].

Prezidentlərin görüşü

Görüş ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev belə demişdir[2]:

"Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Əminəm ki, səfəriniz çox məhsuldar keçəcək və tərəfdaşlığımızın gücləndirilməsi üçün imkanlar yaradacaq. Bu, Zimbabve Prezidentinin Azərbaycana ilk səfəridir, odur ki, bu, tarixi səfərdir. Əminəm ki, məhsuldar müzakirələr zamanı biz əməkdaşlığımızın çox mühüm sahələrini müəyyən edəcəyik. Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin siyası sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik.

Bilirəm ki, gəlişiniz çərçivəsində Siz bir neçə ölkəyə səfər edirsiniz. Çox şadam ki, Azərbaycan da Sizin səfər etdiyiniz ölkələrdən biridir. Bu, Sizin ölkəmizə və münasibətlərimizə verdiyiniz önəmin göstəricisidir. Biz də öz növbəmizdə, ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək istəyirik. Əlbəttə ki, Sizin səfəriniz də bu münasibətlərin inkişafı üçün məsələlərin müzakirəsi baxımından çox əla imkandır. Bir daha Azərbaycana xoş gəlmisiniz."

Görüş ilə bağlı Zimbabve Prezidenti Emmerson Mnanqaqva isə belə demişdir[2]:

"Çox sağ olun Zati-aliləri. Buraya gəldiyimizdən bəri bizim çox səmimi qarşılandığımız üçün Sizə nümayəndə heyəti adından təşəkkürümü bildirmək istəyirəm. Sizin çox gözəl ölkəniz var. Biz ilk dəfədir ki, sizin ölkənizə səfər edirik. Azərbaycanda artıq şahidi olduğumuz inkişaf və infrastruktur səviyyəsi bizə çox güclü təsir bağışlayıb. Bizim arzumuz iki ölkə arasında qarşılıqlı siyasi münasibətlərin qurulmasından ibarətdir. Lakin xüsusilə biz iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etmək, həmçinin əməkdaşlıq aparılacaq digər sahələri və ölkələrimiz arasında ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik."

Zimbabve Prezidentinin yola salınması[edit | edit source]

Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqvanın Azərbaycan Respublikasına işgüzar səfəri yanvarın 19-da başa çatmışdır[3]. Ali qonağın gedişi şərəfinə hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülmüşdür[3]. Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqvanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salmışlar[3].

İstinadlar[edit | edit source]

  1. 1.0 1.1 1.2 Zimbabvenin Prezidenti Emmerson Mnanqaqva Azərbaycana işgüzar səfərə gəlib. azertag.az, 18.01.2019
  2. 2.0 2.1 2.2 2.3 Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub. president.az, 19.01.2019
  3. 3.0 3.1 3.2 Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb. azertag.az, 19.01.2019