Jump to content

Wn/az/Xəzərin hüququ statusu razılaşdırıldı

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Xəzərin hüququ statusu razılaşdırıldı
Xəzər dənizi

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzərin statusu ilə bağlı yekun konvensiya imzalandı. Konvensiyanı 5 Xəzər sahili ölkənin – Azərbaycanın, Rusiyanın, Qazaxıstanın, Türkmənistanın və İranın prezidentləri imzaladılar.

Bu günə qədər Xəzərsahili dövlətlərin prezidentlərinin 4 sammiti keçirilmişdi. Bu sammit daha vacib idi. Çünki 22 ildən çox davam edən danışıqlardan sonra Aktauda Xəzərin statusu müəyyənləşdi.

Yeni Konvensiyaya görə, hər bir dövlət Xəzər sahilindən 15 mil məsafəyə malik olacaq. Bundan başqa, sahil dövlətləri 10 mil məsafədə balıq tutma hüququna malikdirlər. Qalan ərazilər ümumi istifadədə olacaq. Bu, Xəzərin üst hissələrinə aiddir.

Konvensiyanı Xəzərin Konstitusiyası kimi də qiymətləndirmək olar. İmzalanan Konvensiyaya görə, Xəzər nə dənizdir, nə də göl. Bu, dünya dəniz tarixində yenilikdir. Xəzəri dəniz adlandırmaq ona görə mümkün deyil ki, okeanlara çıxışı yoxdur. Eyni zamanda su tutumu və coğrafi baxımdan Xəzər göl də deyil.

İmzalanan konvensiya sahil dövlətləri arasında Xəzərin dibinin bölüşdürülməsi məsələsini həll etmir. Xəzərin dibi sahil dövlətlərin arasında beynəlxalq hüquq prinsiplərinə görə bölünməli və müvafiq sazişlər imzalanmalıdır. Azərbaycanın ən böyük problemi də məhz Xəzərin dibi ilə bağlıdır. Azərbaycanın Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı Rusiya və Qazaxıstanla ikitərəfli sazişləri var. Ancaq Azərbaycanın Türkmənistanla və İranla oxşar sazişi yoxdur. Çünki Aşqabad və Tehran Xəzərin dibindən daha çox pay istəyirlər.

Mənbə

[edit | edit source]