Wn/az/Xəzər dənizində gəmidə qəza baş verib (may 2019)

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Xəzər dənizində gəmidə qəza baş verib (may 2019)
Jump to navigation Jump to search

8 may 2019, Çərşənbə

Azərbaycan xəbərləri
Azərbaycanın yerləşdiyi ərazi

Azərbaycanın yerini göstərən xəritə

Azərbaycandakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Azərbaycan Portalına baxın.
Flag of Azerbaijan.svg

8 may 2019-cu il tarixində Xəzər dənizində gəmidə qəza baş verib. İlkin məlumata görə, yanğın nəticəsində 13 nəfər yaralanmışdır. Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat katibi Mehman Mehdiyev bildirib ki, yanğın «İsrafil Hüseynov» borudüzən gəmidə baş vermişdir. Xəsarət alanlar arasında gəmi heyətinin üzvləri olmayıb. Gəmi hazırda "Saipem" şirkəti tərəfindən icarəyə götürülüb ve qəza baş verən ərazidə "Saipem" şirkətinin nümayəndələri çalışır.

Gəmini icarəyə götürən "Saipem" şirkəti hadisə ilə bağlı məlumat yaymışdır:

“"Saipem" şirkəti təəssüflə xəbər verir ki, 8 may, 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan «İsrafil Hüseynov» borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən bədbəxt hadisə nəticəsində yanğın hadisəsi olmuşdur. Yanğın zamanı 14 (on dörd) nəfər müxtəlif dərəcli yağın xəsarətləri almışlar və hal hazırda «Citadel» gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılIb. Yaralananlar dərhal Azərbaycan Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb. "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaqdır. Vurğulamaq istərdik ki, baş vermiş hadisə zamanı gəmi heyətindən xəsarət alan olmamışdır və hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur.”

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 may 2019-cu il tarixində verdiyi məlumata görə, yanğın səbəbilə 14 nəfər xəstəxanaya yerləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, "xəsarət alanların yeddisi reanimasiyada, yeddisi isə adi palatalarda müalicə alır". Onun sözlərinə görə, yanıq xəsarətləri ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən və reanimasiyada olan üç nəfərin vəziyyəti ağırdır.

Mənbə[edit]


Bookmark-new.svg