Wn/az/Tufan və sel Çinin şərqi və şimal-şərqini dağıtdı

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Tufan və sel Çinin şərqi və şimal-şərqini dağıtdı
Jump to navigation Jump to search
Çin xəbərləri
Çinin yerləşdiyi ərazi

Çinin yerini göstərən xəritə

Çindəki digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Çin Portalına baxın.
Flag of the People's Republic of China.svg

Çinin şərqi və şimal-şərqində həftə sonundan bu yana təsirli olan Rumbia tufanının yol açdığı sellərdə 31 nəfər həyatını itirib, 14-ü isə itkin düşdü.

Milli.Az bildirir ki, Şandong və şimal-şərqdəki Liaoninq əyalətlərində tufanla gələn sel və daşqınlara görə 134 min adam yerlərindən köçürüldü.

Fəlakətdən yüz minlərlə hektar kənd təsərrüfatı ərazisi, minlərlə ev və 9 milyondan çox insan ziyan çəkdi.

Bəzi bölgələrdə sel-su səviyyəsi təxminən 60 santimetrə çatıb. Sellərlə əlaqədar ev və iş yerlərinə elektrik verilmir.

Hökumət tufan və selin vurduğu zərərin təxminən 700 milyon dollar olduğunu bildirib.

Çində tufan hava, dəniz və quru nəqliyyatını da iflic edib, çox sayda reys təxirə salınıb.

Mənbə[edit]

Tufan və sel Çinin şərqi və şimal-şərqini dağıtdı


Bookmark-new.svg