Jump to content

Wn/az/Çin turistlərin Everest dağına ziyarət etməsini qadağan edib

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Çin turistlərin Everest dağına ziyarət etməsini qadağan edib

15 fevral 2019, Cümə

Çin Xalq Respublikası hökuməti turistlərin Everest dağını ziyarət etməsini qeyri-müəyyən müddətə qadağan edib. Buna səbəb əcnəbilərin ərazini həddindən artıq zibilləməsi olub. Turistlərin Çinin Everest dağının Tibet Muxtar Vilayəti ərazisində yerləşən hissəsinə girişinin yığılan tullantılara görə qadağan etdiyi açıqlanıb.

"South China Morning Post" qəzetinin verdiyi xəbərə görə, 2019-cu ilin yanvar ayının axırında qəbul edilən və daha sonra 14 fevral 2019-cu il tarixində ictimaiyyət açıqlanan qərar çərçivəsində turistlərin 5.200 metrdən yüksəklikdə yerləşən ərazilərə daxil olmasa ekoloji mühafizə səbəbiylə qadağan edilib. Qərarın qəbul olunmasında 2018-ci ildə 5.200 metrdən yüksəklikdə yerləşən ərazilər 8.4 ton, daha aşağıda yerləşən ərazilərdə isə 335 ton tullantının yığılmasının böyük rolu olub.

Alınan qərara görə, 5.200 metrə və aşağı hissələrə qalxacaq şəxslərdən tullantılarını geri gətirməyi tələb olunacaq. Dırmanmaq icazəsi olan alpinistlər 5.200 metrdən yüksək ərazilərə qalxa biləcəklər. Dağa onun Tibet qismindən qalxacaq şəxslərin sayı 2019-cu il üçün 300 nəfərə qədər məhdudlaşdırılıb. Çin Alpinizm Cəmiyyətinin əldə etdiyi statistik məlumatlara görə, son 8 ildə 40 ölkədən 20.000-dən çox insan Everest dağına qalxıb. Dünyanın ən hündür zirvəsi olan Everest dağı, Nepal ilə Çin arasındakı sərhəddə yerləşir.

Mənbə

[edit | edit source]