Wn/az/Slow Food təşkilatının əlaqələndiricisi elmi seminarda məruzə edib

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Slow Food təşkilatının əlaqələndiricisi elmi seminarda məruzə edib

20 fevral 2019, Çərşənbə

Akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA Coğrafiya İnstitutu Elmi şurası ilə Elmi seminarının növbəti iclası keçirilib. R.Məmmədov gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib. Elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov akademik Ramiz Məmmədovun direktor vəzifəsində 5 illik səlahiyyət müddətinin başa çatdığına görə onun yenidən həmin vəzifəyə namizədliyi barəsində məsələni müzakirəyə çıxarıb. Elmi şura üzvləri yekdilliklə akademik Ramiz Məmmədovun AMEA Coğrafiya İnstitutunun direktoru vəzifəsinə namizədliyinə səs veriblər və namizədliyini təsdiqləyiblər. YEB qarşısında R.Məmmədovun Coğrafiya İnstitutuna direktor vəzifəsinə namizədliyinin irəli sürülməsi barəsində vəsatət qaldırılması qərara alınıb. Sonra AMEA-nın “Gənc qadınlar elmdə” müsabiqəsinə namizədlərin müəyyənləşdirilməsi üçün ekspert komissiyasının qərarı müzakirəyə qoyulub. Elmi şura namizədliyi irəli sürülən yeddi müsabiqə iştirakçısının namizədliyini yekdilliklə təsdiqləyib. Slow Food Beynəlxalq təşkilatın əlaqələndiricisi Anna Kaşinyova “Azərbaycanın kənd ərazilərində icma əsaslı təşəbbüslərin və məşğulluğun yaradılmasına dəstək” mövzusunda məruzə edib. O bildirib ki, Slou Fud Beynəlxalq təşkilatı, Avropa Birliyi, Heyvanları Mühafizə Azərbaycan Cəmiyyəti və Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyası (AKBMA) Avropa İttifaqının maliyyə dəstəyi ilə Böyük Qafqaz regionunda yerləşən kiçik fermerlərə dəstək məqsədilə regional fərqlərin azaldılmasının təmin edilməsinə yönəldilmiş layihə həyata keçirir. Slou Fud Fondunun layihələri yerlərdə biomüxtəlifliyi qoruyub saxlamaq, torpaq və iqlim şəraitinə uyğun yerli məhsul istehsalını artırmaq əsasında yaradılmış kənd təsərrüfatı modelinin inkişafı üçün bir instrumentdir, ətraf mühitlə harmoniya təşkil edərək bütün cəmiyyət üçün keyfiyyətli, təmiz qida məhsulları istehsalının təmininə yönəldilib. Yerli icra orqanları, qeyri hökumət təşkilatları və digər maraqlı tərəflərlə əməkdaşlıq Azərbaycanın Böyük Qafqaz regionunda (Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qax rayonları) balanslaşdırılmış inkişafı təmin edərək, regionlarla paytaxt arasında olan bərabərsizliyin azaldılmasına və nəticədə, kənd yerlərində yaşayış səviyyəsinin yüksəldilməsi, bu ərazidə mədəni irsin və biomüxtəlifliyin qorunması işinə xidmət edəcək. Təhlükə altında olan milli qida məhsullarının növləri İtaliyanın Turin şəhərində yerləşən Beynəlxalq Slou Fud Assosiasiyası tərəfindən tərtib edilmiş World Arch of Taste (Dadın Dünya Qapısı) siyahısına daxil ediləcək.[1]

Mənbə[edit | edit source]

  1. https://igaz.az/az/news/607