Jump to content

Wn/az/Rusiyanın Babıninski rayonunda uşaqlarla dolu avtobus aşıb; ən azı yeddi nəfər həlak olub

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Rusiyanın Babıninski rayonunda uşaqlarla dolu avtobus aşıb; ən azı yeddi nəfər həlak olub

3 fevral 2019, Bazar

Rusiya Federasiyasının Smolensk şəhərindən Kaluqa şəhərinə gedən və içərisində uşaqlar olan avtobus Kaluqa-Vyazma yolunda, Babıninski rayonunda yol kənarına aşıb. Hadisə nəticəsində dördü uşaq olmaqla ən azı yeddi nəfər həlak olub.

Avtobusda təxminən 45 nəfər var idi. Qarlı yol kənarına aşmış avtobusdakı şəxslər avtobusun içərisində saatlarla qalıblar. Hadisə yerinə polis və səhiyyə xidməti cəlb olunmuşdur. Rusiya polisi sürücüyə cinayət işi açıb və onu istintaqa çəkib. Yartsevo şəhərinin merinin "Interfax" informasiya agentliyinə verdiyi məlumata görə, avtobusdakı şəxslər bir rəqs müsaqibəsinə gedirdilər. Yerli səhiyyə işçiləri 24 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıblar, ancaq "Agence France-Presse" informasiya agentliyinin verdiyi raporta görə, xəstəxanaya 32 nəfər yerləşdirilib.

Rusiya Federasiyası Fövqaladə Hallar Nazirliyi avtobusdakı hər kəsin Smolensk sakini olduğunu bildirib. Rəsmilər alınan xəsarətlərin əksəriyyətinin yüngül olduğunu deyiblər. Rusiya dünya səviyyəsində yol qəzalarından ən çox əziyyət çəkən ölkələrdən biridir. Araşdırmalara görə, Rusiyada 2018-ci ildə hər 100.000 nəfərdən 18.9-u yol qəzasına görə vəfat edir. Bu göstərici əvvəlki illərdən daha aşağıdır. Rusiya Federasiyası Fövqaladə Hallar Nazirliyi verdiyi açıqlamada "unutmayın ki, digər insanların sağlamlığı və həyatları sizdən asılıdır" deyərək sürücülərə müraciət etmişdir. Nazirlik sürücüləri "qəbul edilmiş yol hərəkat qaydalarına riayət etməyə" çağırmışdır.

Rusiya Federasiyası Fövqaladə Hallar Nazirliyi qəzada əlavə nəqliyyat vasitələrinin iştirak etmədiyini bildirmiş, sürücünün nəzarəti itirib yoldan çıxması ehtimalını ortaya atmışdır. Qəzanın səbəbi hələ ki, naməlumdur.

Mənbə

[edit | edit source]