Wn/az/Rusiya öz vətəndaşlarına Azərbaycana səfər etməyi məsləhət görmür
12 mart 2019, Çərşənbə axşamı
- 17 March 2019: Wn/az/FİFA dünya çempionatından rekord məbləğdə qazanc götürüb (2018)
- 12 March 2019: Wn/az/Rusiya öz vətəndaşlarına Azərbaycana səfər etməyi məsləhət görmür
- 5 March 2019: Wn/az/Dağıstanın Tissi-Axitli kəndində yanğın baş verib
- 15 February 2019: Wn/az/Şimali Qafqaz və Kubanda İsgəndər 9K720 sistemlərinin elektron raket buraxılışları keçirilib
- 15 February 2019: Wn/az/Moskvada azərbaycanlılarla çeçenlər arasında kütləvi dava baş verib
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
- 21 December 2021: Wn/az/Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 29 September 2020: Wn/az/Gecə ərzində gərgin döyüşlər davam edib
- 29 September 2020: Wn/az/Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
- 28 September 2020: Wn/az/Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib
Rusiya XİN növbəti Azərbaycana səfər etməyi məsləhət görməyib. Səbəb kimi Azərbaycanın erməni əsilli Rusiya vətəndaşlarına ölkəyə girişə icazə verməməsi göstərilir. Rusiya XİN-in saytında dərc edilmiş bəyanatda bildirilir. "Azərbaycanın sərhəd xidməti birbaşa və ya dolayı olaraq erməni millətinə aidiyyat əlamətləri olan şəxsləri, vətəndaşlığından asılı olmayaraq, ölkə ərazisinə buraxmaqdan imtina etməkdə davam edir. Səbəb kimi bu cür şəxslərin təhlükəsizliklərinin təminatının mümkünsüzlüyü göstərilir. Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının etnik əlamətinə görə ayrıseçkiliyə məruz qalmalarının yolverilməzliyi haqqında Rusiya tərəfinin Azərbaycan tərəfinə dəfələrlə etdiyi müraciətlər cavabsız qalır".
Məlumatda deyilir ki, bu xüsusatlar nəzərə alınaraq XİN Rusiya vətəndaşlarına Azərbaycana səfərləri planlaşdırarkən "mümkün riskləri hərtərəfli ölçüb-biçməyi” təkidlə tövsiyə edir.
Mənbə[edit | edit source]
Rusiya öz vətəndaşlarına Azərbaycana səfər etməyi məsləhət görmür — qaynarinfo.az, 12 mart 2019