Wn/az/Rusiyada hərbi zavodda partlayış baş veri

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Rusiyada hərbi zavodda partlayış baş veri

Rusiyanın Nijeqorod vilayətində Sverdlov adına hərbi zavodun sexlərindən birində texnoloji proses zamanı partlayış baş verib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub, daha 3 nəfərin taleyi naməlumdur.

“Dəqiqləşdirilmiş informasiyaya görə, partlayış nəticəsində üç insan həlak olub. Bundan başqa, üç insanın taleyi aydınlaşdırılır”, - mənbə deyib.

Regionun tibbi xidmətlərindən bildiriblər ki, fövqəladə hadisə zamanı 4 nəfər yaralanıb.

Regionun hüquq-mühafizə orqanlarındakı mənbə daha əvvəl bildirib ki, sexlərdən birində ammonal maddəsinin partlayışı baş verib.

“İlkin səbəb texnoloji prosesin pozulmasıdır. Partlayışdan sonra yanğın baş verib. Hadisə yerində yanğınsöndürənlər işləyir”, - mənbə əlavə edib.

Hazırda zavodun binası mühasirəyə alınıb.

Mənbə[edit | edit source]