Wn/az/Rusiya təyyarəsi vuruldu
- 27 August 2023: Wn/az/Rusiyalı qadın qarnında “saatlı bomba” ilə iyirmi il yaşadı
- 4 July 2022: Wn/az/Vladimir Zelenski: Ukraynada hazırda 22 milyon ton taxıl bloklanıb
- 17 March 2019: Wn/az/FİFA dünya çempionatından rekord məbləğdə qazanc götürüb (2018)
- 12 March 2019: Wn/az/Rusiya öz vətəndaşlarına Azərbaycana səfər etməyi məsləhət görmür
- 5 March 2019: Wn/az/Dağıstanın Tissi-Axitli kəndində yanğın baş verib
Rusiya Müdafiə Nazirliyi daha əvvəl hərbçilərlə birgə Suriyada yoxa çıxan “İl-20” təyyarəsi ilə bağlı məlumat yayıb.
“Qafqazinfo” xəbər verir ki, nazirlik təyyarənin Suriya hava hücumlarından müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb. Lakin Rusiya buna görə İsrailin məsuliyyət daşıdığını bəyan edib: “İsrailin məsuliyyətsiz davranışı nəticəsində Suriyada 15 rus hərbçisi həlak olub”.
MN bildirib ki, Rusiya təyyarəsi yoxa çıxmamışdan bir saat əvvəl İsrail qırıcıları Latakiya şəhəri yaxınlığında Suriyada aid sənaye obyektlərini bombalayıblar. İsrail qırıcıları Rusiya təyyarələrinin arxasında gizləndiyi üçün Suriya hava hücumundan müdafiə sisteminin zərbələrinə “İl-20” təyyarəsi tuş gəlib.
Nazirliyin rəsmisi, general-mayor İqor Konaşenkovun sözlərinə görə, İsrail Rusiya qoşunlarının Suriyadakı komandanlığını Latakiyadakı əməliyyatla bağlı məlumatlandırmayıb. “Qaynar xətt”ə xəbərdarlıq hücumdan bir dəqiqə əvvəl daxil olub və bu, Rusiya təyyarəsini təhlükəsiz əraziyə aparmağa imkan verməyib.
Müdafiə Nazirliyi israilli pilotların Rusiya təyyarəsini görməmə ehtimallarının olmadığını bildirib: “Buna baxmayaraq, onlar məqsədyönlü şəkildə təxribata getdilər. Rusiya İsrailin təxribatını düşmən davranışı kimi qiymətləndirir”.
İsrailin Moskvadakı diplomatik nümayəndəliyi Rusiyanın ittihamlarına cavab verməyib.
Mənbə
[edit | edit source]