Wn/az/Portal:Avropa

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Portal:Avropa
Jump to: navigation, search

Sabunçu rayonu 142 nömrəli tam orta məktəb 1978 - ci ildə əvvəllər mövcud olan 129 saylı 8 illik məktəbin əsasında yaradılmışdır.1995 - ci ildən şəhid Telman İsgəndərovun adını daşıyır. 2010 - cu ildə "İlin məktəbi" layihəsində iştirak etmişdir. 2012 - ci ildə məktəb əsaslı təmir olunmuşdur. Məktəbin binası 1174 yerlikdir. Məktəbdə dərslər 2 növbədə keçirilir.Məktəbdə 70 nəfər müəllim gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. 2014- 2015 - ci dərs ilində məktəbdə 1093 şagird təhsil alır. Sabunçu rayonu 142 saylı tam orta məktəb fəaliyyət göstərdiyi illərdə məktəb şagirdlərinin təlim tərbiyəsində bir sıra uğurlara imza atıb. Hər il məktəbin şagirdləri respublikanın nüfuzlu ali məktəblərinə daxil olurlar. Çoxlu sayda məzunlarımız orta ixtisas məktəblərinə daxil olurlar. Məktəbimizin şagirdləri müxtəlif illərdə fənn olimpiadalarının respublika turunda uğurlu nəticələr əldə edərək fəxri fərmanlarla təltif olunmuşlar. Məktəbdə şagird özünüidarə orqanları və "Maraq və məntiq" klubu fəaliyyət göstərir.