Wn/az/Avrozonada işsizlik səviyyəsi son 13 ildə ən yüksək nöqtəsinə çatıb

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Avrozonada işsizlik səviyyəsi son 13 ildə ən yüksək nöqtəsinə çatıb


2 mart 2012, Cümə

Avrozonaya daxil olan 17 ölkədə işsizlik səviyyəsi son 13 ildə ən yüksək nöqtəsinə çatıb. Avropa İttifaqının bildirdiyinə görə, işsizlik göstəriciləri yanvar ayında 10.7 faiz təşkil edib. İspaniyada 23, Yunansıatnada isə işsizlik 20 faizə yaxındır. Avropa liderləri isə börc böhranının başa çatdığından əminliklərini dilə gətirirlər. Yeni ölçülər hökumətlərə defisitlərin öhdəsindən gəlməyə yardım etsə də, işçilər və təqaüdçülərin maaş və penisyaları, habelə sosial təminat proqramları ixtisar edilib.

Avropa İttifaqının ikigünlük Brüssel sammiti zamanı qurumun prezidenti Herman Van Rompuy deyib ki, işsizlik və büdcə proqramları Avropa ideyasına ləkə vurub. O, Avropanın bərabərsizlik və yoxsulluqla mübarizə etməli olduğunu bildirib.

Mənbə[edit | edit source]