Wn/az/Paralimpiyaçılarımız pauerliftinq üzrə dünya kuboku yarışlarında iştirak edirlər

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Paralimpiyaçılarımız pauerliftinq üzrə dünya kuboku yarışlarında iştirak edirlər
Jump to navigation Jump to search

6 fevral 2019, Çərşənbə

Azərbaycan xəbərləri
Azərbaycanın yerləşdiyi ərazi

Azərbaycanın yerini göstərən xəritə

Azərbaycandakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Azərbaycan Portalına baxın.
Flag of Azerbaijan.svg

Azərbaycanlı paralimpiyaçılar pauerliftinq üzrə dünya kuboku yarışlarında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərindədirlər.

Azərbaycan Milli Paralimpiya Komitəsindən bildiriblər ki, fevralın 6-13-də Dubayda keçiriləcək dünya kuboku yarışları “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya xalı verəcək.

Yarışda Azərbaycanı Şamo Aslanov, Nurlan Babacanov və Pərvin Məmmədov təmsil edirlər.

Dünya kuboku yarışlarına yola düşməzdən əvvəl idmançılarla Komitədə görüş keçirilib. İdmançıların fiziki və psixoloji hazırlığının yüksək olduğu qeyd olunub.

Mənbə[edit]