Wn/az/Onlarca ağ ayı Rusiya qəsəbəsində həyəcan yaradıb

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Onlarca ağ ayı Rusiya qəsəbəsində həyəcan yaradıb
Jump to navigation Jump to search

12 fevral 2019, Çərşənbə axşamı

Rusiya xəbərləri
Rusiyanın yerləşdiyi ərazi

Rusiyanın yerini göstərən xəritə

Rusiyadakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlamaq üçün, Rusiya Portalına baxın.
Flag of Russia.svg

Arxangelsk vilayətinin yerli rəsmiləri Yeni Torpaq arxipelaqının Cənub adasında yerləşən Beluşya Quba qəsəbəsində qəzən 50-dən çox ağ ayıya görə fövqəladə vəziyyət elan ediblər.

Verilən məlumata görə, onlar hər zaman qəsəbədədirlər. Eyni vaxt ərzində 10-a qədər ayı ortada görülüb. Fövqəladə vəziyyət keçən həftənin altıncı günü elan olunub. Rəsmilər qəsəbənin 3000 sakinləri məlumatlandırmaq üçün patrul işləri aparırlar. Bunnan əlavə, onlar hasar təsis edirlər.

Bir sakinin sözlərinə görə bu sayda ayı qəsəbədə ilk dəfə müşahidə olunur. Bir ekspert izah edir ki, ağ ayılar qlobal istiləşməsinin nəticəsində baş verən buz əriməsinə görə başqa yerlərə köçürlər.

Həftənin ikinci günü, Rusiya dövlət televiziyada mənzil binanın koridorda gəzən ayılar videosu göstərilib.

Mənbə[edit | edit source]