Wn/az/On minlərlə insan İspaniya hökumətinin keçirdiyi danışıqlara qarşı mitinq keçirib
10 fevral 2019, Bazar
- 2 March 2019: Wn/az/Barselona-Real oyunu heç-heçə başa çatıb
- 12 February 2019: Wn/az/On minlərlə insan İspaniya hökumətinin keçirdiyi danışıqlara qarşı mitinq keçirib
- 28 April 2011: Wn/az/ÇL yarımfinalında ilk görüş: "Real"-"Barselona": 0-2
40.000 nəfərdən çox insan İspaniya hökuməti ilə müstəqillik tərəfdarı katalan rəhbərlər arasında keçirilən danışıqlara etiraz olaraq mitinq keçirib. İspaniya Baş Naziri Pedro Sançez təzyiqləri azaltmaq üçün katalan 12 katalan seperatçı rəhbərlə görüş keçirib. Bu isə İspaniya sakinlərini hiddətləndirib. 2019-cu ilin fevral ayının 10-da Madrid şəhərində təxminən 45.000 nəfərin iştirak etdiyi bir mitinq keçirilib.
Etirazçıların səsləndirdiyi şüarlar arasında "Pedro İspaniyanı arxadan bıçaqlayır" var idi. İspaniya Populyar Partiyasının sədri Pablo Kasado "Pedro Sançezin dövrü sona çatıb. Artıq sosialistlərin təslim olmasına və ya seperatçıların etdiyi zorakılığa yer yoxdur. Bu gün yenidən zəbt etmə başlayır."
Hökumətin müstəqillik tərəfdarı qruplarla danışıqlara başlaması bir çox siyasi xadimin növbədənkənar seçkilərin gerçəkləşməsini tələb etməsinə səbəb olmuşdur. Buna baxmayaraq, başqa bir mitinqdə etdiyi çıxışda Pedro Sançez "hökumət İspaniyanı birləşdirmək üçün çalışır və bu ispanları birləşdirmək deməkdir, sağçıların hal-hazırda etdiyi xalqı bir-birinə vurmaq deyil. Demokratiya qəpik tullamaq deyil, çoxlu alternativlər mövcuddur. Bizimki Kataloniyada birgəyaşayış, qanun və dialoqdur" demişdir.
Tarixi
[edit | edit source]Kataloniyanın separatçı tarixi yüz illərə qədər uzanır. Qədim dövrlərdə bu ərazi iberlər, keltlər, romalılar, yunanlar və karfagenlər tərəfindən idarə olunub. 711-ci ildə ərəblər Cəbəli-Tariqdən keçərək iki il ərzində bütün Pireney yarımadasını, o cümlədən Kataloniyanı fəth etdilər. İspaniyanın mərkəzi və cənub hissəsi 700 il ərzində Kordova və Qranada xəlifələrinin və əmirlərinin nəzarətində olub, şimal-şərq hissəsi isə 100 il sonra franklar tərəfindən işğal olunub. Bu günə qədər də orada şərqin yox, fransızların təsiri var. 798-ci ildə Böyük Karl öz tərəfdarı Sunifredi Barselona qrafı elan etdi. Onun hakimiyyəti altında Fransanın cənub hissəsi də var idi. Radikal milliyyətçi kataloniyalılar Şərqi Pireneyin fransız departamentini "Şimali Kataloniya" adlandırırdılar. Xüsusilə, elmi açıqlaması olmasa da ispan dilinin fransız diliylə qarışığı adlandırılan katalan dili formalaşmağa başladı.
985-ci ildə məşhur Kordova xəlifəsi Abu Cəfər əl-Mansur (Almanzor) qısa müddət ərzində Barselonanı işğal etdi. Artıq 3 il sonra ərəblər o zamanlar yaxşı dövrləri olmayan Fransanın köməyi olmadan yenidən sürgün edildilər. Qraf II Borrel müstəqil dövlət üzərində hakimiyyətini elan etdi. Müstəqil Kataloniya tərəfdarlarının fikrincə, bu hadisə "Kataloniyanın doğulması"dır. 1164-cü ildə Barselona qraflığı sülaləsi vasitəsilə Araqon krallığının tərkibinə daxil oldu, hansı ki, XIII-XV əsrlərdə nəhəng dövlət idi və İspaniyanın əhəmiyyətli Aralıq dənizi sahilləri ilə yanaşı Neapol, Siciliya, Sardiniya və Malyorkaya nəzarət edirdi. 1359-cu ildə Araqonda parlament mövcud idi və o dövrün standartlarına görə, o Avropadakı ən demokratik ölkələrdən biri hesab olunurdu. 1469-cu ildə gənc Araqon kralı II Ferdinand Kastiliya taxt-tacının yeganə varisi İzabella ilə evlənir. "Katolik monarxları" kimi məşhur olan ər-arvad bu günə qədər mövcud olan vahid İspaniya dövləti qurdular. Madridin nöqteyi nəzərindən xalqın əsrlik arzusunu yerinə yetirdilər. Lakin Barselonada hamı belə düşünmürdü. Ferdinand və İzabella bir tərəfdən Kolumb ekspedisiyanın, digər tərəfdən yəhudilərə və müsəlmanlara qarşı təqiblərin və inkivizisayının qurulmasının dəstəyilə tarixdə iz qoydular.
Vahid dövlət lap əvvəldən paritet prinsiplər əsasında qurulmamışdı. Burada söhbət faktiki olaraq iki eyni hüquqlu subyektlərin birləşməsindən deyil, Araqonun Kastiliyanın tərkibinə daxil olmasından gedirdi. Araqon krallığı rəsmi olaraq 1714-cü ilə qədər mövcud olub. İspan mirası uğrunda müharibə nəticəsində XIV Lüdovikin nəvəsi V Flipp İspaniya kralı olub. Bu günə qədər onun varisləri İspaniya]] taxt-tacına sahibdirlər. Araqonlular və katalanlar həmin müharibədə əsasən başqa namizədi Avstriyalı Karlı dəstəkləyirdilər və bəzi tarixçilərin fikrincə, buna görə ikinci sinif təbəqə sayılırdılar. 1869-cu ildə İspaniyada liberal konstitusiya qəbul edildi və Kataloniya müstəqilliyinin tərəfdarları rəsmən özlərini elan etməyi bacardılar. Bu ideya bəzən aktual, bəzən ikinci plana keçsə də unudulmadı. Xüsusilə, general Franko rejimi bu əhval-ruhiyyəni daha da gücləndirdi. İspaniya vilayətlərinin sakinlərinin bəzilərinin gözündə Madrid təzyiq, Kataloniyanın ayrılması isə azadlıq kimi səciyyələndirilirdi. Lakin ispan solçuları da seperatçılığı qəbul etmirdilər. 6 oktyabr 1934-cü il tarixində az:Kataloniya parlamenti müstəqilliyə səs verdi, İspaniyanın respublikaçı hökuməti isə bunu xəyanət elan edərək həbslərlə cavab verdi. Buna baxmayaraq iki il sonra baş verən vətəndaş müharibəsində katalan milliyətçilər hərbi diktaturanın daha pis olduğunu düşünərək respublikaçıları dəstəklədilər. Onların lideri Luiz Kompanis Frankoçular tərəfindən güllələnib. XX əsrin əvvəllərindən mövcud olan Kataloniya muxtariyyatı ləğv edildi, dildən rəsmi sahələrdə istifadə olunması qadağan edildi. İspaniya 1979-cu ildə demokratiyaya keçid etdikdən sonra muxtariyyat bərpa edildi, Kataloniya dili isə rəsmi status aldı. 2006-cı ildə mərkəzi hökumət əhəmiyyətli dərəcədə yerli idarəetmə hüquqlarını genişləndirdi, Kataloniyaya vilayətlərdən yığılan bütün yerli vergiləri və mərkəzi vergilərin yarısını idarə etmək hüququ verdi. Bununla yanaşı Kataloniya vətəndaşları və siyasətçiləri bunun yetərli olmadığını dedilər. 2014-cü ildə vilayətdə qeyri-rəsmi təşkil olunan referendumda 5,4 milyon seçicidən 2,2 milyonu səsvermədə iştirak etdi. Səs verənlərin 80%-i müstəqilliyi dəstəklədi.
2017-ci ildə Kataloniyada müstəqillik referendumu keçirilmişdi. Bu referendumda iştirak edənlərin səsini 92,01%-i müstəqilliyin lehinə vermişdi. Bir müddət sonra Katalan Respublikasının müstəqilliyini bəyan edilsə də, bu respublika çox qısa bir müddət sonra ləğv olunmuşdur.
Mənbə
[edit | edit source]- Adam Forrest. More than 40,000 Spanish nationalists protest against government talks with Catalan leaders — The Independent, 10 fevral 2019
- Byarke Smit-Meyer. More than 40,000 "Tens of thousands protest Spanish PM’s Catalan policy — Politico, 10 fevral 2019
- Spain Catalonia: Madrid mass protest over talks policy — BBC, 10 fevral 2019
- Thousands protest in Madrid before trial of Catalan separatists — The Guardian, 10 fevral 2019
- Artyom Kreçetnikov Separatizmin tarixi: Kataloniya İspaniyadan niyə ayrılmaq istəyir? — BBC, 4 oktyabr 2017
- Özgə Özdəmir Kataloniyadakı müstəqillik referendumu haqqında nələri bilməliyik? — BBC, 30 sentyabr 2017
- Sem Cons, Stefen Bürgen və Emma Qraham-Harrison. Spain dissolves Catalan parliament and calls fresh elections — The Guardian, 27 oktyabr 2017