Wn/az/Barselona-Real oyunu heç-heçə başa çatıb

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Barselona-Real oyunu heç-heçə başa çatıb
Jump to navigation Jump to search
İspaniya xəbərləri
İspaniyanın yerləşdiyi ərazi

İspaniyanın yerini göstərən xəritə

İspaniyadakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlamaq üçün, İspaniya Portalına baxın.
Flag of Spain.svg

AZƏRTAC xəbər verir ki, “Nou Kamp” stadionunda “Barselona” və “Real Madrid” komandaları üz-üzə gəlib. Görüş heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 6-cı dəqiqədə qonaq komandadan Lukas Vaskes açıb. 57-ci dəqiqədə isə Malkom meydan sahiblərinin bərabərlik qolunu vurub.

“Barsa”nın kapitanı Lionel Messi 63-cü dəqiqədən sonra oyunda olub. Argentinalı hücumçu La Liqanın ötən turunda “Barselona” ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə zədələndiyi üçün start heyətdə yer almayıb.

Qeyd edək ki, digər yarımfinal matçı bu gün "Betis" və "Valensiya" arasında olacaq. Cavab qarşılaşmaları fevralın 27-28-də keçiriləcək.

Heyətlər[edit]

"Barselona"

Qapıçılar: Mark-Andre ter Ştegen, İqnasio Penya;

Müdafiəçilər: Nelsen Semedo, Jerar Pike, Kleman Lanqle, Xordi Alba, Tomas Vermalen, Ceyson Murilyo;

Yarımmüdafiəçilər: İvan Rakitiç, Serxio Buskets, Serxio Roberto, Karles Alenya, Arturo Vidal, Artur, Filippe Koutinyo;

Hücumçular: Lionel Messi, Luis Suares, Malkom, Kevin-Prins Boatenq.


"Real Madrid"

Qapıçılar: Keylor Navas, Tibo Kurtua, Dieqo Altube;

Müdafiəçilər: Daniel Karvahal, Serxio Ramos, Rafael Varan, Naço, Marselo, Serxio Reqilon;

Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modriç, Kazemiro, Markos Lorente, Marko Asensio, İsko, Dani Sebalyos, Qaret Beyl, Lukas Vaskes;

Hücumçular: Mariano Dias, Kərim Benzema, Vinisius Junior.

Mənbə[edit]