Wn/az/Mahmud Məmmədquliyev II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Mahmud Məmmədquliyev II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Jump to navigation Jump to search

14 fevral 2019, Cümə axşamı

Azərbaycan xəbərləri
Azərbaycanın yerləşdiyi ərazi

Azərbaycanın yerini göstərən xəritə

Azərbaycandakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Azərbaycan Portalına baxın.
Flag of Azerbaijan.svg

14 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Mahmud Əhməd oğlu Məmmədquliyevin II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncamı imzalayıb.

"Report" xəbər portalının verdiyi məlumata görə, sərəncama əsasən, Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Əhməd oğlu Məmmədquliyev II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Mahmud Məmmədquliyev 1949-cu ilin fevral ayının 15-də Gəncə şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1972–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi olub. 1974–1993-cü illərdə müxtəlif dövlət orqanlarında xidmət edib. 1992–1993-cü illərdə Kommersiya Bankının idarə heyəti sədrinin müavini olub. 1993-cü ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini təyin edilib. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 1996–2001-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığında və eyni zamanda İrlandiya Respublikasında, İsveçNorveç Krallıqlarındakı və Danimarka Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri olub.

15 fevral 2019-cu ildə onun 70 yaşı tamam olur.

Mənbə[edit]


Bookmark-new.svg