Wn/az/MEK Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə sərgi təşkil edib

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > MEK Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə sərgi təşkil edib

MEK Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə sərgi təşkil edib

  • Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur. Prezident İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
  • AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) da yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadəyə həsr olunmuş sərgi təşkil edib. Sərgi MEK tərəfindən tərtib edilmiş tədbirlər planına uyğun olaraq təşkil edilib. Sərgidə Mirzə Cəlilin müəllifi olduğu və onun haqqında yazılmış, MEK fondlarında saxlanılan kitablar nümayiş etdirilir. Bu sırada “Cümhuriyyət”, “Danabaş kəndinin əhvalatları”, “Bəlkə də qaytardılar”, “Hekayələr”, “Mirzə Cəlil və Məmmədquluzadələr (məktublaşma)”, “C.Məmməqduluzadə (Biblioqrafiya)”, “Cəlil Məmmədquluzadə” (İsa Həbibbəyli), “Cəlil Məmmədquluzadə. Molla Nəsrəddin arxivinin təsviri” (Afaq Əliyeva), “Naxçıvanda Cəlil Məmmədquluzadə muzeyləri”, “İnsanlar və talelər” (Məmməd Cəfər Cəfərov), “Cəlil Məmmədquluzadə taleyi və sənəti” və başqa kitabları qeyd etmək olar.
  • Qeyd edək ki, sərgilənən kitablar MEK-in elektron kataloqunda qeyd olunaraq Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib. Sərgi fevral ayının 23-dək davam edəcək.

Mənbə[edit | edit source]