Wn/az/MEK-in təşkilati dəstəyilə "Azərbaycanda qadınlar elmdə" mövzusunda tədbir keçirilib
Appearance
Azərbaycan xəbərləri
- 27 August 2023: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 27 August 2023: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
Azərbaycanın yerləşdiyi ərazi
Azərbaycandakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Azərbaycan Portalına baxın.
MEK-in təşkilati dəstəyilə "Azərbaycanda qadınlar elmdə" mövzusunda tədbir keçirilib.
- AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilati dəstəyilə AMEA-nın Qadınlar Şurası 11 Fevral - Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan "Azərbaycanda qadınlar elmdə" mövzusunda tədbir keçirib.
- Tədbirdə İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova, AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, o cümlədən elmi müəssisə və təşkilatların qadınlar şuralarının sədrləri və üzvləri iştirak ediblər.
- İclası akademik Nərgiz Axundova açaraq tarixən ölkəmizdə gender bərabərliyinə xüsusi diqqət yetirildiyini, məhz Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verildiyini söyləyib. O, bu gün qadınların respublikanın ictimai həyatında, o cümlədən AMEA-nın fəaliyyətində aktiv iştirak etdiklərini, elmi, texnoloji yeniliklərə imza atdıqlarını bildirib.
- Sonra şuranın sədri Rəna Mirzəzadə çıxış edərək BMT-nin Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə bütün dünyada bu əlamətdar gününün qeyd olunduğunu vurğulayıb. O, qətnamənin qadınların elmə tam və bərabər çıxışını təmin etmək, həmçinin gender bərabərliyini qorumaq, onların hüquq və imkanlarını genişləndirmək məqsədilə qəbul edildiyini deyib.
- O, bu gün AMEA-da qadınların elmi fəaliyyətinə xüsusi diqqət yetirildiyini və 2018-ci ildə Qadınlar Şurasının yaradıldığını xatırladıb.
- Tədbirdə, həmçinin professor Habil Qurbanov, Fəlsəfə İnstitutunun şöbə müdiri Rəfiqə Əzimova və digərləri çıxış edərək hazırda AMEA-da çalışan əməkdaşların 70 faizinin qadınlardan ibarət olduğunu söyləyib, gənclərin ləyaqətli və vətənə bağlı şəkildə yetişdirilməsinin önəminə toxunublar.
- Sonra AMEA Qadınlar Şurasının Sosioloji qrup rəhbəri Mahrux Nəcəfli "Elmdə Beynəlxalq Qadın və Qızlar Günü haqqında", Mənəviyyat və elm bölməsinin rəhbəri Ziba Ağayeva "Azərbaycanda elm siyasəti" və Gənclər və elm bölməsinin üzvü İlhamə Qəsəbova "Azərbaycan elmində ilklərə imza atmış qadınlar" mövzusunda məruzə ilə çıxış ediblər. [1]