Wn/az/Lisenziyası ləğv edilmiş “Bank Standard” QSC-nin əmanətçiləri pullarını tələb edirlər
5 mart 2019, Çərşənbə axşamı
- 17 February 2025: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 17 February 2025: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 17 February 2025: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
“Bank Standard” QSC-nin əmanətçiləri pullarını tələb edirlər. Beş mart tarixində əmanətçilər bu tələblə etiraz aksiyası keçiriblər. Əmanətçilərin sözlərinə görə, Milli Məclisə və mərkəzi icra hakimiyyəti qurumlarına edilən müraciətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) yönləndirilib. Müraciətlərə isə cavab verilmir.
Şikayətçilər deyib ki, “Bank Standard”ın Kreditorlar Komitəsinin iclasına müvafiq maliyyə qrumlarının əməkdaşları dəvət edilsə də, gəlmirlər. Əmanətçilər iddia edib ki, Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümovun qardaşı Şahin Mövsümov müflisləşmiş “Bank Standard”dan girovsuz olaraq 100 milyon manatdan çox kredit götürüb.
Mənbə
[edit | edit source]Bakıda etiraz aksiyası: Əmanətçilər pullarını tələb edirlər — Bizimyol.info, 5 mart 2019