Wn/az/Heydər Əliyev Kubokunun qalibi məlum olub

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Heydər Əliyev Kubokunun qalibi məlum olub
Jump to navigation Jump to search


Bookmark-new.svg
Azərbaycan xəbərləri
Azərbaycanın yerləşdiyi ərazi

Azərbaycanın yerini göstərən xəritə

Azərbaycandakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Azərbaycan Portalına baxın.
Flag of Azerbaijan.svg

16 iyun 2018, Şənbə

Naxçıvan Muxtar Respublikasında keçirilən futbol üzrə III Heydər Əliyev Kubokuna yekun vurulub. 12 iyunda başlanıb 15 iyun Qurtuluş günündə başa çatan yarışın qalibi “Şüvəlan” olub.Ötən mövsümdə I Divizionun bürünc medallarını əldə edən “Şüvəlan” Heydər Əliyev Kubokunda bütün rəqiblərindən çox, 7 xal qazanıb. Bununla da gənc Aqil Nəbiyevin komandası turnirin qızıl medallarına və kubokuna sahib çıxıb. Yarışda 2-ci yeri yerli “Araz Naxçıvan” tutub. Bürünc medallara isə “Zaqatala” yiyələnib. Ötənilki qalib MOİK klubu isə bu dəfə mükafatsız qalıb.

3-cü tur

15 iyun

Zaqatala - Şüvəlan 2:2 Qollar: Nicat Muxtarov, 29. Sərxan Abdullayev, 60 - Rəhman Musayev, 34; 74-pen.

Araz Naxçıvan - MOİK 2:2

Qollar: Nuran Qurbanov, 40. İlqar Ələkbərov, 70 - Əli Banişevski, 7. Fərmayıl Əliyev, 48.

Mənbə[edit]

Heydər Əliyev Kubokunun qalibi məlum olub APA.az