Jump to content

Wn/az/Hüsnü Mübarəkin Xırdalan şəhərindəki heykəli götürülüb

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Hüsnü Mübarəkin Xırdalan şəhərindəki heykəli götürülüb


8 iyun 2011, Çərşənbə

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin Azərbaycanın Xırdalan şəhərindəki heykəli iyunun 7-si axşam satlarında götürülüb.

Heykəlin yerində Misirin simvollarından olan xəttat heykəli qoyulub.

Bu barədə Azadlıq Radiosuna Abşeron rayon İcra Hakimiyyətinin Xırdalan şəhəri üzrə icra nümayəndəliyinin müavini Zakir Həsənov məlumat verib.

Xırdalan şəhərində yerləşən 9 saylı orta məktəb isə bundan sonra H. Mübarəkin həyat yoldaşı Suzan Mübarəkin adını daşımayacaq, Misir məktəbi adlanacaq.

H. Mübarəkin heykəli 2007-ci ildə Xırdalan şəhərindəki Misir Dostluq Parkında qoyulub.

Xırdalan Misirin Qalubiyyə şəhəri ilə 2008-ci ildə qardaşlaşmış şəhər elan edilib. Parkın yerləşdiyi küçə də Qalubiyyə adlanır. Misir hakimiyyəti də öz növbəsində Qalubiyyə şəhərində küçələrin birinə «Abşeron» adını verib.

82 yaşlı H. Mübarək Misirdə xalq etirazları zamanı bu il fevralın 11-də istefa verib.

Mənbə

[edit | edit source]