Wn/az/Google korporasiyasının serverləri Azərbaycanda yerləşdiriləcək

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Google korporasiyasının serverləri Azərbaycanda yerləşdiriləcək
Jump to navigation Jump to search


Bookmark-new.svg

21 iyul 2011, Cümə axşamı

Azərbaycan xəbərləri
Azərbaycanın yerləşdiyi ərazi

Azərbaycanın yerini göstərən xəritə

Azərbaycandakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Azərbaycan Portalına baxın.
Flag of Azerbaijan.svg

Avqust ayında dünyanın aparıcı axtarış sisteminə malik Google internet-korporasiyasının serverləri Azərbaycanın ilkin provayderi olan Delta Telecom şirkəti tərəfindən yaradılmış Data-mərkəzdə yerləşdiriləcək. AgahMedia.Com informasiya portalının Delta Telecom-a istinadən məlumatına görə, serverlərin quraşdırılması Azərbaycan istifadəçiləri üçün axtarış sürətinin və keyfiyyətinin artırılmasına imkan yaradacaq. “Bundan əlavə Google-un regional resurslarının milli Data-mərkəzdə yerləşdirilməsi Delta Telecom-un xərclərinin azalmasına imkan verəcək, çünki bu halda provayder tərəfindən tranzit trafiki haqqının ödənilməsi zərurəti aradan qalxır.

Qeyd edək ki, Delta Telecom şirkətinin Data-mərkəzi Qaffqazda ən iri bu kimi mərkəzdir. Data-mərkəzin əsas məqsədi milli kontentin inkişafı, onun Azərbaycanda yerləşdirilməsi və hər bir informasiyanın tam təhlükəsizliyinin təmin edilməsidir.

Mənbə[edit]