Jump to content

Wn/az/Gürcüstanın Marneuli şəhərinin meri Teymur Abbasov istefa verib

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Gürcüstanın Marneuli şəhərinin meri Teymur Abbasov istefa verib

14 fevral 2019, Cümə axşamı

Gürcüstanın Marneuli şəhərinin "Gürcü arzusu — Demokratik Gürcüstan" hakim partiyasından olan əslən azərbaycanlı meri Temur Abazov istefa verib.

"Kafkazskiy uzel" xəbər portalının verdiyi məlumata görə, 10 iyun 2018-ci il tarixində iki yeniyetmənin qətlinə etiraz olaraq Tbilisi şəhərində keçirilən kütləvi etiraz aksiyasında nümayişçilərdən biri Temur Abazovun həyat yoldaşını təhqir etmişdi. Buna biganə qalmayan mer digər şübhəlilərlə birlikdə həmin şəxsə bədən xəsarətləri yetirib və onu təhqir edib. İnsidentdən sonra Temur Abazov aksiya iştirakçısını alçaltma ittihamı ilə polis tərəfindən saxlanılmışdı.

Temur Abazov "Məhkəmə prosesləri, yəqin ki, bir neçə ay davam edəcək. Mən məhkəmə işində təqsirləndirilən şəxs ola-ola mer postunu tutmaq istəmirəm", – deyə açıqlama verib.

Temur Abazovun vəkilləri 2019-cu ilin fevralın 13-də Marneuli şəhərinin sakrebulosuna onun istefa ərizəsini təqdim edib. Temur Abazov ərizəyə yaxın günlərdə baxılacağına və hakimin işlə bağlı obyektiv qərar çıxaracağına ümid etdiyini bildirib.

Temur Abazov 2018-ci ilin dekabr ayında 10.000 Gürcüstan larisi (14 fevral 2019-cu il məzənnəsiylə 6.500 Azərbaycan manatı) girov müqabilində şərti azad edilib. Məhkəmədə təqsirli olduğu sübuta yetirilsə, onu beş ildən 10 ilə qədər həbs cəzası gözləyir. Marneuli şəhərində növbədənkənar mer seçkiləri 2019-cu ilin may ayında keçiriləcək.

Mənbə

[edit | edit source]