Jump to content

Wn/az/Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov istefa verib

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov istefa verib

Qərar AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin ilin yekunları ilə bağlı keçirdiyi iclasında açıqlanıb. Qurbanov millidən ayrıldığını təsdiq edib: “Mənim məsələm həll olundu. Milli ilə yollarımız ayrıldı. Klub və millidə çalışmağımın səhv olduğu bildirildi. Çalışdım ki, vicdanla işimi görüm. Məşqçi işi elədir ki, hər zaman çamadanın yanında olmalıdır. Altı illik müqavilə bağlasaq da, əməkdaşlıq qısa çəkdi. Mən millini “Qarabağ”dan ayırmadım. Hər şey qarşılıqlı oldu. Nə göndərildim, nə istefa verdim. Bura gələrkən belə olacağını təxmin etmişdim. Düşünmürəm ki, federasiya yeni baş məşqçi seçimində səhvə yol versin. Ümumiyyətlə, heç vaxt AFFA-nı səhv qərarda suçlamamışam”. "Aşağı yaş qrupları üzrə bütün komandaların baş məşqçiləri isə istefaya gedəcək" – deyə o əlavə edib. "Biz sıfırdan başlamalıyıq. Futbolumuzda çatışmayan cəhət yoxdur. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Öz işimi vicdanla gördüm. Rahatam", - millinin sabiq baş məşqçisi vurğulayıb.

Mənbə

[edit | edit source]