Wn/az/Elvin Sərkərov "Daoqavpils" futbol klubuna transfer edilib
26 fevral 2019, Çərşənbə axşamı
- 29 September 2020: Wn/az/Gecə ərzində gərgin döyüşlər davam edib
- 29 September 2020: Wn/az/Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
- 28 September 2020: Wn/az/Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib
- 28 September 2020: Wn/az/Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib
- 28 September 2020: Wn/az/Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində iki məktəbli həlak olub
"Daoqavpils" yarımmüdafiəçi transferi reallaşdırıb. Klub Azərbaycan Premyer Liqasında (və ya Topaz Premyer Liqası) çıxış edən "Neftçi"nin müdafiəçisi Elvin Sərkərovu transfer edib. Müqavilənin şərtlərinə görə, Elvin Sərkərov başqa bir kluba transfer olunarsa, gəlirin böyük hissəsi "Neftçi"yə ödəniləcək.
Azərbaycanlı müdafiəçi peşəkar karyerasında ilk dəfə "Neftçi" (2018) klubunda çıxış edib. O, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli futbol komandasında (2015–2018) da çıxış edib. 22 yaşlı müdafiəçi hal-hazırda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli futbol komandasında (2018–h.h.) çıxış edir.
Elvin Sərkərov Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə cəmi altı oyunda meydana çıxıb. Ondan əvvəl bu kluba daha bir azərbaycanlı futbolçu – Tural Bayramlı keçmişdi. Bu klubda həmçinin Azərbaycan milli futbol komandasının hücumçusu, Latviya vətəndaşı Vüqar Əsgərov da çıxış edir.
Mənbə[edit | edit source]
- Azərbaycanlı futbolçu xarici kluba transfer olundu - FOTO — Oxu.az, 27 fevral 2019
- "Neftçi"nin futbolçusu Latviya klubuna keçdi — CBC Sport, 27 fevral 2019
- “Neftçi”nin futbolçusu Latviya klubunda — Komanda.az, 26 fevral 2019