Wn/az/Coğrafiya İnstitutunun ümumi yığıncağı keçirilib
'Wn/az/Coğrafiya İnstitutunun ümumi yığıncağı keçirilib'
- 27 August 2023: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 27 August 2023: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
14 fevral 2019, Cümə axşamı
Akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya institutunun ümumi yığıncağı keçirilib.
İnstitut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev çıxış edərək Rəyasət Heyətinin iclasında təsdiqlənmiş "AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları" haqqında sənədin icrası barədə məlumat verib. O, akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və səmərəli istirahətinin təşkil edilməsi məqsədilə AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından torpaq sahəsinin ayrıldığını bildirib.
Sənədə əsasən xüsusi komissiya yaradıldığını və ərazidə sahə bölgüsü işləri aparıldığını qeyd edən H.Haqverdiyev Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün 63 hektar ərazidə hər biri 10 sot olmaqla 343 sahə ayrıldığını, onun 7-sinin Coğrafiya İnstitutunun payına düşdüyünü diqqətə çatdırıb. O, torpaq sahəsinin iki il müddətinə verilməsinin nəzərdə tutulduğunu, səmərəli istifadə ediləcəyi təqdirdə müqavilənin uzadılacağını, yaxın günlərdə ərazidə yolların çəkilməsi prosesinə başlanılacağını, sahələrdə ekoloji tələblərə riayət olunacağını da xüsusilə qeyd edib. HİK sədri bildirib ki, arzu edənlər tələb olunan sənədləri toplayıb təqdim etdikdən sonra həmin torpaqlar müsabiqə yolu ilə namizədlərə veriləcəkdir.
Sonra kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov Əmək intizamının gücləndirilməsində nəzarətin artırılması barəsində çıxış edib. Şöbə müdiri AMEA prezidenti, akademik Akif Əlizadənin 23 noyabr 2018-ci il tarixli sərəncamını xatırladaraq onun akademiyanın elmi müəssisə və təşkilatlarında elmi idarəetmənin səmərəli təşkili, işçilərin işə davamiyyətinə, əmək və icra intizamına nəzarətin gücləndirilməsi və iş vaxtının uçotunun aparılmasının təmin olunması məqsədilə imzalandığını diqqətə çatdırıb. O, ölkəmizin Əmək Məcəlləsinə əsasən imzalanmış sənədin AMEA-nın elmi müəssisə və təşkilatlarında icra olunmasının önəminə toxunub.[1]
Mənbə
[edit | edit source]