Wn/az/Coğrafiya İnstitutu ilə ümumtəhsil məktəbləri arasında əlaqələr möhkəmlənir
- 27 August 2023: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 27 August 2023: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov, Həmkarlar təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiev, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Ələkbərova və Turizm və rekreasiya şöbəsinin rəhbəri, c.ü.f.d. Zaur İmrani Bakının Yasamal rayonunda yerləşən akademik Zərifə Əliyeva adına Liseydə olublar.
Liseyin direktoru Mehriban Vəliyeva qonaqları məktəblə tanış edib, onun yaranma səbəbləri, missiyası, vəzifələri, uğurları haqqında məlumat verib. Liseydə Kiçik Akademiyanın fəaliyyət göstərdiyini qeyd edən direktor şagirdlərin Akademiyanın əməkdaşlıq etdiyi müəssisələrin elmi laboratoriyalardan, yeni texnologiyalardan istifadə etdiklərini diqqətə çatdırib.
Məhərrəm Həsənov öz növbəsində Coğrafiya İnstitutunun fəaliyyəti, tədqiqat sahələri, əldə etdiyi nailiyyətlər və s. haqqında danışaraq qeyd edib ki, İnstitutda elmlə təhsilin vəhdətinə həmişə geniş yer ayrılıb. İnstitut əməkdaşları vaxtaşırı Bakının müxtəlif rayonlarını əhatə edən orta ümumtəhsil məktəblərində olur, şagird və müəllim kollektivi ilə görüşlər keçirir, qarşılıqlı olaraq məktəbliləri İnstituta dəvət edir, onlar üçün praktik məşğələlər təşkil edirlər. Direktor müavini Coğrafiya İnstitutu alimlərinin nəşrlərini Liseyə hədiyyə edib. Təklif olunub ki, Liseydə coğrafiya təmayüllü qrup təşkil edilsin və həmin qrupun şagirdləri Coğrafiya İnstitutu ilə sıx əlaqədə olaraq, İnstitutun elmi tədqiqatlarına, eləcə də çöl işlərinə cəlb olunsunlar.
Tərəflər şagirdlər arasında elmi-təcrübi bilikləri artırmaq, onlarda coğrafiya elminə olan marağı gücləndirmək məqsədilə hər iki müəssisə arasındakı əməkdaşlığı inkişaf etdirmək məqsədəuyğun hesab ediblər.[1]
Mənbə
[edit | edit source]- https://web.archive.org/web/20220707173348/http://yeb.science.gov.az/az/news/1351
- https://web.archive.org/web/20190112142725/http://inform.az/index.php?newsid=37630