Wn/az/Cek kəndinin ərazisində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb
19 avqust 2011, Cümə

- 28 October 2019: Wn/az/Cenevrəli CİS mütəxəssisi Coğrafiya İnstitutunda təqdimatlarla çıxış edib
- 19 September 2019: Wn/az/Azərbaycanda yeni medal təsis edilib
- 29 July 2019: Wn/az/Azərbaycanın hərbi təyyarəsi Xəzər dənizində qəzaya düşdü
- 20 July 2019: Wn/az/Aztəminatlı ailələrin övladlarına məktəbli forması pulsuz veriləcək
- 11 July 2019: Wn/az/İsmayıllıda güclü külək və leysan fəsadlar törədib
Azərbaycanın Mədəniyyət və Turizm nazirliyi tərəfindən ölkənin qədim yaşayış məntəqələrindən olan Quba rayonunda kəşfiyyat tipli arxeoloji qazıntı işləri aparılır.
Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun əməkdaşları tərəfindən Xınalıq kəndinə aid Zanqar ərazisində qədim yaşayış məntəqəsi və Xınalıq kəndinə aid Zangar ərazisində 1 ədəd kurqan aşkarlanıb. Ərazidə işləyən arxeoloq İdris Əliyevin verdiyi məlumata görə tapıntıların qədim Tunc dövrünə, e.ə. III-II minilliklərə aid olması ehtimal edilir.
İdris Əliyev tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyir. Həmin Kurqan tədqiq olunmuş və Xınalıq kəndinə aiddir.
Qeyd edək ki, kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. İdris Əliyev tezliklə mağaralarda arxeoloji qazıntıların aparılacağını bildirib.
İstinadlar[edit]