Wn/az/Bakı şəhərində marşrut avtobusunun iştirakı ilə qəza baş verib
Appearance
14 fevral 2019, Cümə axşamı
Azərbaycan xəbərləri
- 17 February 2025: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 17 February 2025: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 17 February 2025: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
Azərbaycanın yerləşdiyi ərazi
14 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 DQN-lı avtobusun iştirakı ilə qəza baş verib.
Bu barədə "Report" xəbər portalına Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, "Toyota" markalı minik avtomobili Yusif Səfərov küçəsində idarəetməni itirərək avtobusla toqquşub. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Minik maşınının sürücüsü ağır xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, qəza minik avtomobilinin sürücüsünün günahı səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbləri müvafiq araşdırmadan sonra məlum olacaq.
Mənbə
[edit | edit source]- Tural İbadlı. Bakıda marşrut avtobusunun iştirakı ilə qəza baş verib — Report.az, 14 fevral 2019

