Jump to content

Wn/az/BMT Təhlükəsizlik Şurasının 822 saylı ilk qətnaməsinin qəbulundan 18 il ötdü

From Wikimedia Incubator
< Wn | az
Wn > az > BMT Təhlükəsizlik Şurasının 822 saylı ilk qətnaməsinin qəbulundan 18 il ötdü


2 may 2011, Bazar ertəsi

BMT Təhlükəsizlik Şurasının 822 saylı ilk qətnaməsinin qəbulundan 18 il ötdü. Sənəddə işğalçı qüvvələrin Kəlbəcər rayonundan dərhal çıxarılması tələb olunur. Lakin bu tələb indiyədək kağız üzərində qalır.

Analitiklər isə qərarın icra olunmamasını ikili standartlar siyasəti ilə izah edir. Çünki Təhlükəsizlik Şurası Liviya ilə bağlı qərarın icrasına 3-4 saat sonra başladığı halda, işğal olunmuş ərazilərimizə dair 4 qətnamə hələ də yerinə yetirilməyib.

Xatırladaq ki, Azərbaycanın Kəlbəcər rayonu 1992-ci il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

822-ci Qətnamə 30 Aprel 1993-cü ildə BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair Təhlükəsizlik Şurasının Sədri tərəfindən edilən 1993-cü il 29 yanvar 1 və 6 aprel 2 tarixli bəyanatlarına əsaslanaraq və Baş Katibin 14 aprel 1993-cü il 3 tarixli məruzəsini nəzərə alaraq, 3205 saylı iclasda yekdilliklə qəbul edilmişdir.

Mənbə

[edit | edit source]