Wn/az/Azərbaycanda yeni günəş elektrik stansiyaları açılacaq
- 17 February 2025: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 17 February 2025: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 17 February 2025: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
Yaxın zamanlarda Azərbaycanda iki yeni günəş elektrik stansiyası açılacaq.
Bu barədə özəl olaraq Trend-ə “Azgüntex” şirkətinin baş texnoloqu Nizami Əsgərov məlumat verib.
N.Əsgərovun sözlərinə görə, stansiyalar şirkətin günəş panelləri ilə işləyəcək:
“Bakının Sahil qəsəbəsindəki stansiya artıq istifadəyə tam hazırdır. Onu elektrik şəbəkəsinə qoşmaq qalır. Stansiya işə düşəndən sonra Sumqayıt şəhərindəki analoji stansiyanın istifadəyə verilməsi planlaşdırılır”.
Bu gün Azərbaycanda günəş elektrik stansiyaları Qobustan və Samux şəhərlərində, eləcə də Pirallahı və Suraxanı qəsəbələrində fəaliyyət göstərir.
N.Əsgərov bildirib ki, Qobustandakı stansiya şəhərin elektrik enerjisinə olan tələbatını tam təmin edir:
“Məqsəd bu cür elektrik stansiyalarının sayını artırmaq və alternativ enerjinin imkanlarından maksimum yararlanmaqdır”.