Jump to content

Wn/az/Azərbaycanda və Türkiyədə Xocalı soyqırımının qurbanları anıldı

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Azərbaycanda və Türkiyədə Xocalı soyqırımının qurbanları anıldı


27 fevral 2012, Bazar ertəsi

Dünən on minlərlə adam Azərbaycan paytaxtında küçələrə axışaraq, 20 il bundan öncə Ermənistanla müharibədə yüzlərlə adamın qətlə yetirilməsini yad edirlər.

Prezident İlham Əliyev Bakıda keçirilən yürüşdə iştirak edib. Yürüş Xocalı soyqırımının qurbanlarına ucaldılmış abidənin önündə əklilqoyma mərasimi ilə başa çatıb. Rəsmilər yürüşdə 60000 adamın iştirak etdiyini deyirlər.

On minlərlə adam habelə Azərbaycanın yaxın müttəfiqi Türkiyədə də nümayiş keçirib.

Azərbaycanın hesablamalarına görə, 1992-ci il fevralın 26-da erməni qüvvələri şəhəri tutduqca qaçmağa çalışan 613 Xocalı sakini qətlə yetirilib.

Ermənilər hücumu inkar etmirlər, amma onlar ölülərin sayının şişirdildiyini bildirirlər. Türkiyə və Azərbaycan bu qətllərin beynəlxalq ictimaiyyət tərəfindən bəşəriyyətə qarşı cinayət kimi tanınmasını tələb edirlər.

Beynəlxalq insan haqları qrupları ölülərin dəqiq sayını müəyyən etməyiblər, amma bu qətliamı pisləyirlər. Qruplar Xocalı qətliamını sabiq Sovet məkanında münaqişə zəminində baş vermiş ən pis qətliam kimi qiymətləndirirlər.

Mənbə

[edit | edit source]