Wn/az/Azərbaycan ordusu cəbhə bölgəsində təlimlərə başlayıb

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Azərbaycan ordusu cəbhə bölgəsində təlimlərə başlayıb
Jump to navigation Jump to search


Bookmark-new.svg
Azərbaycan xəbərləri
Azərbaycanın yerləşdiyi ərazi

Azərbaycanın yerini göstərən xəritə

Azərbaycandakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Azərbaycan Portalına baxın.
Flag of Azerbaijan.svg

20 fevral 2012, Bazar ertəsi

Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin komandanlığı ilə cəbhə zonasında Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimləri başlayıb. Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə quru qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub. Təlimlər bu həftənin sonunadək davam edəcək. Təlimlər zamanı son illər ordunun əldə etdiyi müasir silah və texnikadan istifadə olunacaq.

Xatırladaq ki, Ermənistan-Azərbaycan münaqişəsi ətrafında sülh danışıqları artıq 18 ildən çoxdur davam edir. Danışıqlar ATƏT-in Minsk Qrupunun Amerika, Fransa və Rusiyanın həmsədrliyi institutunun vasitəçiliyi ilə keçirilir. Son illər tərəflər arasında Rusiya prezidentinin təşəbbüsü ilə də ondan çox görüş keçirilib. BMT TŞ-nin Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı 4 qətnaməsi olmasına, Minsk Qrupunun həmsədrlik institutunun vasitəçilik missiyasına və Rusiyanın təşəbbüslərinə baxmayaraq danışıqlarda irəliləyiş baş vermir.

Mənbə[edit]